14:19 31.10.2020 934

Baqali Dabo: “Neftçi” bunu böyük dram kimi təqdim etdi”

Azərbaycanda "Qəbələ” və "Neftçi” klublarında çıxış etmiş, hazırda isə "Apollon”un formasını geyinən Baqali Dabo Kipr mətbuatına geniş müsahibə verib.
 
Fransalı hücumçu söhbət əsnasında "Qəbələ” və "Neftçi”ni tərk etmə səbəbini də açıqlayıb.
 
- "Apollon”dan sizə maraq nə zaman başladı?
- Azərbaycanda çempionat davam edirdi, "Apollon” mənimlə maraqlandığı üçün mayda menecerimlə danışıq aparmağa başladı. Mən də "niyə də yox” dedim. Azərbaycanda karantin şəraitində idik, çempionatın davam edib-etməyəcəyini bilmirdik. Bu üzdən qərarımı tez verdim.
 
- Başqa təklifləriniz yox idi?
- Fransa, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən təklif almışdım. Ancaq yenə avrokuboklarda çıxış etmək istəyirdim. Buranı seçməyimin yeganə səbəbi də məhz Avropa Liqasında oynamaq istəyi idi. Futbolçunun bir neçə hədəfi olur, avrokuboklarda mübarizə aparmaq da onlardan biridir.
 
- Təkliflər hansı klublardan idi?
- Fransanın ikinci liqasında "Klermon”, "Havr”, Türkiyədə Super Liqaya vəsiqəni təmin edən "Ərzurum BB” mənimlə maraqlanırdı.
 
- Yəni pulu deyil, karyeranı üstün tutdunuz?
- Bəli, daha çox pul qazanmağa hələ vaxtım olacağını düşünürəm. "Apollon”da "Neftçi”dəkindən az maaş alıram. Bura gəlməyim daha yaxşı karyera qurmaq istəyimdən qaynaqlandı. Koronavirus pandemiyasından sonra bütün dünyada futbolçuların maaşlarının azaldılması normaldır. Pul itirməyim məni narahat etmədi, çünki yaxşı kluba keçdim. Mən əvvəlcə karyeranı, sonra pulu düşünürəm.
 
- Azərbaycanda iki dəfə çempionatın bombardiri oldunuz. Kiprdə də hədəfiniz budur?
- Mütləq hədəf bu deyil. Minimum 10 qol vurmağı düşünürəm. Əsas məqsədim komanda ilə çempion olmaqdır. Azərbaycanda keçirdiyim 4 ildə komandamla ikinci ola bildim. Ümid edirəm ki, burada dəyişiklik olacaq və çempionluq tacını alacağam. Mənim üçün 3 və ya 4-cülükdənsə, ikinci yeri tutmaq daha pisdir. Çünki çempionluğu əldən verən ilk klubsunuz. Azərbaycanda ikinci olmaq mənə çox yer edirdi.
 
- Kiprlə Azərbaycan çempionatı arasında nə kimi fərqlər var?
- Əvvəla burada daha çox komanda var, Azərbaycanda isə cəmi 8 klub çıxış edir. Kipr çempionatının səviyyəsi bir qədər yüksəkdir. Burada daha keyfiyyətli komandalar var. Azərbaycanda mövsüm başlayanda bilirsən ki, 2-3 komanda çempionluq uğrunda, bəziləri isə Avropa Liqası uğrunda mübarizə aparacaq. Kiprdə isə keyfiyyətli və titul uğrunda yarışan klub daha çoxdur.
 
- İki çempionatda oynamaq baxımından fərqlər hansılardır?
- Burada gücə daha çox diqqət yetirilir. Futbolun daha aqressiv olduğunu deməzdim, çünki bəzi hallarda 10 oyunçunun hamısının topun arxasınca qaçdığı komandalarla qarşılaşırsan. Düşünürəm ki, əsas fərq fiziki güclə bağlıdır. Azərbaycanda futbola baxış bir qədər fərqlidir. Bir gün ən yaxşısısan, ertəsi gün ən pissən.
 
- Azərbaycanda "Qəbələ”ni "Neftçi”yə dəyişəndə birincilərin azarkeşlərinin buna reaksiyası necə olmuşdu?
- Bəzi reaksiyalar oldu. Meydana çıxanda bununla bağlı bir şeylər yazmışdılar, mən də instaqram səhifəsi vasitəsilə buna cavab vermişdim. Ancaq "Qəbələ” azarkeşləri ilə problemim yoxdur. Bu gün də bəziləri mənə mesaj göndərir, "Apollon”da vəziyyətimi soruşurlar.
 
- "Neftçi”də olarkən karantin dönəmində "Qarabağ” formasında şəkliniz internetə yayıldı və bu, problemə çevrildi. Sizin buna reaksiyanız necə oldu?
- Karantin dövrü idi, evdə otururdum. Heç bir yerə getmirdim, istirahət edirdim, eyni zamanda məşqlərimi keçirdim. Həyat yoldaşım sadəcə şəklimi çəkib paylaşdı və klub bunu böyük dram kimi təqdim etdi. Halbuki xüsusi bir şey deyildi. Bu gün hamının "Qarabağ”dan danışdığını görə bilərsiniz. Sadəcə Kiprdə oynamış bir dostumun köynəyi idi. Həmin formanı Dino Ndlovu "Qarabağ”la ilk dəfə Çempionlar Liqasında oynadığı zaman geyinmişdi.
 
- "Qəbələ”dən "Neftçi”yə getməyinizin səbəbi nə olmuşdu?
- Müqaviləmlə bağlı müzakirələrdə fikir ayrılıqları yaşandı. Klub yeni 1 illik müqavilə istəyirdi, mən isə 2 illik. Tamamilə bir detal məsələsi idi. Həm də baş məşqçi getmişdi və hansı mütəxəssisin gələcəyini bilmirdim. Düşünürəm ki, ayrılmağın ən doğru vaxtı idi. Fikrimcə, maliyyə yox, uzunmüddətli müqavilə daha vacibdir. (apasport.az)
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
22:09

"Qarabağ" hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X