16:38 01.11.2020 894

Ayxan Abbasov: \"Premyer Liqadan U-21-ə getmək enişdir, əsas millini düşünmək olar\"

"Son iki oyunda formada olan komandaya qarşı oynayırdıq. Rəqibin bizi analiz etdiyini bilirdik. Sevinirəm ki, rəqiblər bizimlə oyunlarda sistemlərini dəyişirlər, bizə qarşı əvvəlki kimi hazırlaşırlar. İtkilərimiz var, əlimizdəki futbolçulara uyğun oyun qururuq. Hücumda kəsərli olmağa rəqib imkan vermədi. Ədalətli nəticə heç-heçə idi. Penaltini vura bilməmək üzücü oldu. Zədəlilərin sağalmasını gözləyərək, hazırlıqlara davam edəcəyik".

Bunları "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Neftçi" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, komandasında penalti sindromunun olduğunu deməklə məsələni çox şişirdirlər: "Elvin Məmmədov səhv etmirəmsə, indiyədək heç bir penaltini qaçırmamışdı. Penalti üzərində məşq edilməməsi fikri ilə razı deyiləm. Komandada penalti vuranlar olmalıdır, bizdə də belə oyunçular mövcuddur. Bu gün penaltini Rəhim Sadıxov da vura bilərdi, amma Elvin Məmmədov topa özünə inamla yaxınlaşdı. Hər bir komandada belə hallar mümkündür".

Abbasov bugünkü matçda ikinci hücumçusuz oynadıqlarını diqqətə çatdırıb: "Digər komandalar kimi əlimdə üç hücumçu, əlavə cinah oyunçuları yoxdur. Bu gün əlimizdə əlavə futbolçu yoxdursa, hücumçu problemi yaşayırıqsa, əlimizdəki heyətlə hazırlaşmağa çalışmalıyıq".

Baş məşqçi "Neftçi"nin 5 müdafiəçi sistemi ilə oynamasını rəqibin "Sumqayıt"dan çəkinməsi kimi dəyərləndirib. O, hücumların olmamasına rəğmən, orta xətdə yaxşı mübarizənin getdiyini söyləyib: "Rəqibdən belə taktiki sxem gözləmirdim. Bu gün "Neftçi" ilə heç-heçə etmişik. Ona görə də tələsməməyi istəməyim normaldır".

Abbasov heyətə cəlb etdikləri azərbaycanlı futbolçuların üzərində işləyərək, milliyə cəlb etməkdən ibarət olduğunu işlərindən biri saydığını söyləyib. O, millinin baş məşqçisi Canni De Byazinin də "Sumqayıt"ı diqqətdə saxladığını vurğulayıb.

Baş məşqçi U-21 yığmasının sükanı arxasına keçməyi fikirləşmədiyini də əlavə edib: "Premyer Liqadan U-21-ə getmək bir pillə aşağı enməkdir. Əsas millidən təklif olsa, düşünmək olar". (report.az)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

17 May 2025
23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

Facebookdan bizi izləməyi unutmayın.
X