Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının və "Qəbələ" klubunun sabiq yarımmüdafiəçisi Alen Askerov döyülüb.
Fanat.Az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Hadisə Rusiyanın paytaxtı Moskva şəhərində baş verib. Xəstəxanaya yerləşdirilən 24 yaşlı futbolçu kəllə-beyin travması alıb.
Polisə ifadə verməkdən imtina edən Askerov hücuma "Rijskaya" metro stansiyası yaxınlığında məruz qaldığını bildirib.
Fanat.Az