09:31 13.11.2020 2145

Mahmudun haqqı - İlqar Tağıyev yazır

Azərbaycan Premyer Liqası başlayandan ilk məşqçi istefası gerçəkləşdi. 9-cu turda «Qarabağ»a 0:6  hesabı ilə məğlub olan «Neftçi»nin çalışdırıcısı Füzuli Məmmədov 3 gün əvvəl postundan ayrıldı. Məmmədovun istefası gözlənilən idi. Çünki hələ sələfi Roberto Bordinin gedişindən sonra komanda ona tapşırıldı və istər idman mediasının bir hissəsi, istərsə də bir qrup azarkeş onun «Neftçi»yə layiq olmadığını, təcrübəsizliyini əsas gətirərək, komandanın başqa mütəxəssisə tapşırılmasını lazım bilirdi.
 
Maraq üçün qeyd edək ki, bu, «Neftçi»də ilk belə hal deyil. 2006-cı ildə Qurban Qurbanov «flaqman»a baş məşqçi təyin olunanda cəmi 34 yaşı var idi. Qurban Qurbanov «Neftçi»də cəmi 1 il işlədi, komandası çempionatı 2-ci pillədə tamamladı. Ardınca UEFA Kubokunda Avstriyanın «Rid» səddini keçə bilmədikdən (1:3, 2:1) az sonra postundan ayrıldı.
 
Yaxud, Samir Əliyev. Samir Əliyevin də baş məşqçi kimi ilk iş yeri «Neftçi» olub. 2015-ci ildə «Neftçi»yə təyinat alanda onun 36 yaşı var idi. Doğrudur, Samir «Neftçi»də cəmi 5 ay işlədi və belədə hansısa uğur qazanmaqdan söhbət gedə bilməz. Məşqçiliyə «Neftçi»də siftə edən Qurban Qurbanovun bacarığı göz önündədir. Nəsə yazmaq artıqdır. Samir Əliyev də artıq özünə müəyyən imic qazanıb. U-19 millimizin çalışdırıcısının öz dəst-xətti var və hansısa Premyer Liqa komandasında rahat işləyə bilər. Söhbət ondan gedir ki, Füzuli Məmmədova kimi 2 halda «Neftçi» gənc və təcrübəsiz məşqçilərə tapşırılıb. Təəssüf ki, onların da komandada duruşu uzun çəkməyib… 

Hər halda «Neftçi» rəhbərliyi istər Bordinin gedişindən sonra, istərsə də cari çempionat başlamamış F.Məmmədova etimad göstərdi. O isə baş məşqçi kimi ilk çempionatında komandaya gümüş medalları qazandırdı. Bəs, arzulanan çempionluq? Bu haqda bir qədər sonra.

Baş məşqçi ilə yanaşı klubun idman direktoru Ceyhun Sultanovun da istefa verməsi gözlənilən idi. Səbəbsə məhz C.Sultanovun təklifi ilə F.Məmmədovun baş məşqçi postuna gətirilməsi idi. Başqa sözlə, Sultanov Məmmədova bir növ zamin dayanmışdı. Bəlkə də «Neftçi» «Qarabağ»a kiçik hesabla məğlub olsaydı, sözügedən istefalar reallaşmayacaqdı. Turnir cədvəlinə fikir versək, hazırda komanda 4-cü pillədə qərarlaşıb və lider «Sumqayıt»dan cəmi 1 xal geridədir. Çempionatın əvvəlində 1 xal fərqi fəlakət deyil. Yəni, komandanın medalçılar sırasına düşmək şansı davam edir. Sadəcə, biabırçı hesab və təzyiqlər hər iki şəxsin komandadan ayrılmasına səbəb oldu.
 


Füzuli Məmmədovun istefasından çox daha maraqlı məqam onun yerinə Samir Abasovun gətirilməsi oldu. Niyə maraqlı? Səbəbini izah edək. Hələ Bordinin gedişindən sonra komandanın əvəzedicilərinin baş məşqçisi Mahmud Qurbanova tapşırılması gözlənilirdi. Normalda bir komandada baş məşqçi istefa verirsə və kənardan məşqçi dəvət olunmursa, onun yerinə ya köməkçisi, ya da əvəzedişi komandanın baş məşqçisi gətirilir. Müvəqqəti olsa belə. Rəhbərlik seçimini F.Məmmədovun üzərində etdi. Füzulinin gedişindən sonra yenə də ağıla ilk gələn namizəd Mahmud Qurbanov idi. Gəl ki, bu dəfə də rəhbərlik fərqli qərar qəbul etdi. Özü də çox operativ. Füzulinin gedişi ilə Samir Abasovun gəlişi arasında cəmi bir neçə saatlıq fərq oldu. Bu isə onu deməyə əsas verir ki, Abasovun komandaya gətirilməsi əvvəlcədən planlaşdırılmışdı. Başqa sözlə, Mahmud heç yada düşməmişdi. 

Samir Abasovun necə məşqçi olması haqqında fikir bildirməkdən uzağam. «Sumqayıt»da və «Zirə»də uğur qazanmasa da, özünə görə çəkisi, dəst-xətti olan mütəxəssislərdəndi. «Neftçi»də uğur qazanacaqmı? Bunu zaman göstərəcək. İndidən nəsə proqnoz vermək çətindi. Uğurlar arzulayırıq. 
Amma həmin «çəkidən», dəst-xətdən Mahmudda da var. İstər futbolçu karyerasına, istər məşqçi təcrübəsinə (uzun illər millidə baş məşqçi köməkçisi işləyib, 1 oyunda baş məşqçini əvəzləyib, Premyer Liqa təcrübəsi var, Pro kateqoriyalıdır – red.), istərsə də futbola yanaşmasına görə çoxundan geri qalmır. Azından rəhbərlik qışa kimi Qurbanova şans verə bilərdi. Müsbət dəyişiklik olmasaydı, o halda kənardan məşqçi gətirərdilər. Onsuz da hələ çempionat başlamamış komandanın qarşısına məqsəd kimi çempionluq deyil, medalçılar sırasına düşmək qoyulmuşdu. Bunu isə 8 komandalı çempionatda reallaşdırmaq heç də çətin deyil.

Füzuli Məmmədovun gedişinə kimi düşünmək olardı ki, Mahmudun komandaya baş məşqçi gətirilməməsinin əsas səbəkarı Ceyhun Sultanovdu. Əslində isə… Birincisi, Mahmudu «Neftçi»nin əvəzedicilərinə Ceyhun Sultanov dəvət edib və istefa verməmişdən əvvəl ən münasib namizədlərdən birincisi kimi onun adını çəkib. İkincisi, zaman göstərdi ki, məşqçi təyinatında heç də Ceyhun həlledici rol oynamır. Son söz Müşahidə Şurasınındı. O Müşahidə Şurasının ki, srağagün evin içində məşqçi ola-ola kənara müraciət etdi. Bu, həm Mahmud Qurbanova qarşı biganəlik, haqsızlıq, saymazlıq, həm də haqqının tapdalanması idi. 

İlqar TAĞIYEV
525-ci qəzet

P.S. «Neftçi» sonuncu dəfə 2012/13-cü illər mövsümündə çempion olub. O vaxtdan bu yana komanda 10 məşqçi dəyişib. Samir Abasov 11-cidir.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Aprel 2025
22:25

Mbappe üçün uğursuz həftə: ÇL-dən kənarda qaldı, üçüncü diviziona yuvarlandı

21:54

MPL: "Sabah"dan əzmkar qələbə, "Azərbaycan derbisi"ni "Qarabağ" qazandı

21:20

"Araz-Naxçıvan" "Turan Tovuz"a qalib gəldi

20:53

"Klub rəhbərliyi yolları ayırmayacağını desə də..." - Vasili Berezutski

20:27

Elvin Məmmədov "Sabah"a məğlubiyyəti belə şərh etdi

20:06

Pley-off mərhələsində ikinci oyunlarının təqvimi müəyyənləşdi

19:30

"Sabah"ın futbolçusu mükafatlandırıldı

18:51

Emrelinin qələbə qazandırmayan qolları - VİDEO

18:05

"Neftçi" legioneri ilə vidalaşdı

17:40

ABL: "Naxçıvan" "Abşeron"a qalib gəldi

17:18

Mahir Emreli Almaniyada dubl etdi, komandası...

16:56

Qvardiola həmyerlisini istədi, "Mançester Siti" cəlbedici təklif hazırladı - MƏBLƏĞ

16:20

Dembele “Qızıl top”dan danışdı

15:54

Millimizin son oyununun vaxtı və yeri müəyyənləşdi

15:13

Veteran stolüstü tennisçilərin çempionatı başladı

14:49

Azərbaycan millisi Estoniyaya uduzdu

14:12

Azərbaycanın dörd karateçisi mübarizəni dayandırdı

13:31

İPL klubu Kolumbiya millisinin üzvü ilə anlaşdı - RƏSMİ

13:00

Xorvatiya millisinin keçmiş oyunçusu faciəvi şəkildə həlak oldu

12:38

Burkina fasolu futbolçu "Araz-Naxçıvan"ın tarixinə düşdü

12:19

"Turan Tovuz"dan 30-cu heç-heçə

11:50

Yüksək Liqa: "Bürünc" uğrunda ilk duel olacaq

11:25

İki futbolçu ömürlük cəzalandırıldı - RƏSMİ

10:59

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

ABL: "Abşeron"la "Naxçıvan"ın pley-off sınağı

09:56

"Real"ın sabiq ulduzu Rüdigeri axmaq adlandırdı

09:00

"Traktor" 3 xalı 3 qolla qazandı

01:03

İspaniya La Liqası: "Espanyol" evdə sevindi

00:43

Liqa 1: "Nant" evə xalsız qayıtdı

00:18

Türkiyə Super Liqası: "Qalatasaray"dan inamlı qələbə

18 Aprel 2025
23:46

ABL: "Sabah" "Sərhədçi"ni yendi

23:13

Milan klubu bombardirini itirdi

22:49

"Bu gün 2 xal itirdik" - Yunis Hüseynov

22:24

"Hər iki komanda qalib gələ bilərdi" - Elmar Baxşıyev

21:41

Yüksək Liqa: Finalçılar müəyyənləşdi

21:20

"Onu ehtiyat oyunçular skamyasında görə bilərsiniz" - Slot adı "Real"la hallanan futbolçudan danışdı

21:11

"Neftçi" "Qarabağ"la oyuna 4 itki ilə çıxacaq

20:56

MPL: "Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda qalib müəyyənləşmədi

20:18

"Mançester Siti" "Yuventus"un iki futbolçusunu aparır - MƏBLƏĞ

19:53

"Qələbəyə vaxtından çox tez inandıq" - "Olimpik Lion"un baş məşqçisi

Facebookdan bizi izləməyi unutmayın.
X