17:29 13.11.2020 1588

"Neftçi" fanatları çevriliş istəyir - FOTOLAR

Stajlı fanatın futbolla nəfəs aldığını söyləsək, yeni fikir səsləndirmiş olmarıq. Bu, hamıya bəlli həqiqətdir. Klub rəhbərləri, futbolçular, digər əməkdaşlar çalışdığı camiədən əməkhaqqı alırsa, azarkeşi könül verdiyi rənglərə yalnız mənəvi tellər bağlayır.

Bu gün məlum islahatlara, baş məşqçi dəyişiklərinə rəğmən, hələ də adına layiq şəklə düşməyən "Neftçi"nin durumuna da əsl fanatları biganə deyil. Kamran Quliyevin rəhbərliyi dönəmində də relsə düşməyən komandanın "Qarabağ"a 0:6 hesabıyla yenilməsi bıçağın sümüyə dirənməsi anlamındaydı. Səriştəsiz idarəçilərin təkəbbürü və qeyri-peşəkar qərarları üzündən adının ağırlığı altında qalan Bakı klubunun baş məşqçisi Füzuli Məmmədov və idman direktoru Ceyhun Sultanovun işindən azad edilməsi şübhəsiz, dərindən bulanan suları durultmayıb. Narazılığın pik həddinə çatmasının bariz nümunəsi olaraq "Neftçi" fanatlarının sosial şəbəkədəki üsyanını göstərmək olar. 

"Ağ-qaralar"ın azarkeşlərinə məxsus "Facebook" səhifəsi - Neftchi Baku (Fan Page) bakılıların tərəfdarlarına səslənib. Sorğunu olduğu kimi təqdim edirik:

"Hazırda komandamızın idman direktoru vəzifəsi boşdur. Yarıtmaz Ceyhun Sultanovdan sonra bu posta kimi namizəd görərdiniz? Ürəyimdən Tahir Süleymanov demək keçir, amma..."

Gördüyünüz kimi, adminin özü də namizədinin adını çəkib. Özü də "amma" ilə... Tərəfdarların klubun ən uğurlu dönəminin vitse-prezidenti Tahir Süleymanovu o postda görmək istəməsi təbii qarşılanmalıdır. Hərçənd onu idman direktoru yox, prezident vəzifəsinə layiq olduğuna eyham vuranların da sayı yetərincə çoxdur. Süleymanovun klub idarəçisi qismində fəaliyyət göstərdiyi vaxtlarda çempionluqların sevincini ard-arda yaşayan, Avroliqanın qrupunda çıxış edən komandaya fanatlıq etmək arzusuna qovuşanları başa düşmək çox asandır. Elə "Süleymanov işbilməzlərlə işləməyə razılaşmaz" söyləyənləri də...

Sabiq idman direktoru  Bəxtiyar Musayevin əvvəlki işinə qaytarılmasını uyğun sayanlar da var, namizədinin Səbuhi Səfiyarlı olduğunu vurğulayanlar da... Daha radikal mövqedə duraraq "gedək, klubun ofisinə haqqımızı tələb edək" təklifiylə fərqli çözüm arayanların əsəblərinin tarıma çəkildiyi də göz önündədir.
 
Gerisinin necə olacağını SOCAR-ın, fanatların və zamanın ixtiyarına buraxaq.  
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X