"Səbail"in oyunçusu Nikolas Hagen Azərbaycana gəlişinin səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Invictos Guate" nəşrinə danışan qvatemalalı qolkiper karyerasını Avropada davam etdirmək üçün bu addımı atdığını bildirib.
"Meydanda olduğum hər dəqiqə vacibdir. Bu, oyunçu və şəxsiyyət kimi inkişafın əsas hissəsidir. Nə qədər çox təcrübə qazansam, daha da inkişaf edəcəyəm. Etmək istədiyim budur. Ona görə də Qvatemaladan ayrılıb, buraya gəldim. Burada uzun müddət oynamaq istəyirəm. Məqsəd gələcəkdə qvatemalalı oyunçular üçün yeni yol açmaq və onların potensialını göstərməkdir", deyə o, qeyd edib.
Qeyd edək ki, Nikolas Hagen 2020/2021 mövsümünün əvvəlindən "Səbail"də çıxış edir.