Bu gün Azərbaycan Premyer Liqasında X turun daha iki oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Neftçi" arasında baş tutub. Yeni baş məşqçisi Samir Abasovun rəhbərliyi altında ilk oyununa çıan paytaxt klubu səfərdə böyükhesablı qələbə qazanıb - 4:1.
Bu komandalar arasında ölkə çempionatında 49-cu qarşılaşma olub. Paytaxt klubu bu görüşlərin 23-də qələbə qazandığı halda, "qırmızı-qaralar" 16 dəfə 3 xala seviniblər. 10 matçda isə heç-heçə qeydə alınıb. Vurulan qolların sayında da qonaqlar üstündü - 72:60. "Neftçi” ardıcıl 14 oyunda meydanı qolsuz tərk etməyib. "Qəbələ” son 4 ev qarşılaşmasında xal qazana bilməyib.
Günün digər matçı isə Zirədə baş tutub və eyniadlı komanda "Keşlə"ni qəbul edib. 4 qolun vurulduğu oyunda meydan sahibləri qələbə qazanıb - 3:1. Bu qələbə sayəsində xal hesabını 18-ə yüksəldən "Zirə" iki saat əvvəl "Neftçi"yə təhvil verdiyi ikinci pilləni geri qaytarıb.
"Zirə" və "Keşlə" Premyer Liqada 21-ci dəqə qarşışalıb. Bu oyunlarda "Zirə" 7, "Keşlə" 6 qələbə qazamıb. 8 oyun bərabərliklə nəticələnib. Meydan sahiblərinin 26 qoluna qonaqlar 25 topla cavab veriblər. Son 4 qarşılaşmada 4 və ya daha çox qol vurulub. "Zirə” evdə son 3 matçda qalib gəlib.
Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" "Sumqayıt"ı 6:1 hesabı ilə məğlub edib. Tura noyabrın 23-də "Sabah" - "Səbail" görüşü ilə yekun vurulacaq.
Premyer Liqa
2020/21 mövsümü
I dövrə, X tur
22 noyabr
Qəbələ - Neftçi 1:4
Qollar: Yusif Nəbiyev, 60 - Anton Krivotsyuk, 38; 51. Namiq Ələsgərov, 57. Prins İbara, 90+3.
Qəbələ: 1. Anar Nəzirov (k), 11. Asif Məmmədov, 74. Yusif Nəbiyev, 14. Cavid Hüseynov, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 55. İdris İnqilablı.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 26. Stefan Vukçeviç, 10. Rövlan Muradov, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 71. Rüfət Əhmədov.
Baş məşqçi: Elmar Baxşıyev.
Neftçi: 30. Aqil Məmmədov (k), 7. Namiq Ələsgərov, 19. Fəhmin Muradbəyli, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 20. Mert Çelik.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 3. Mamadu Mbodj, 13. Prins İbara, 17. Bruno Teluşi, 26. Ömər Buludov, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Samir Abasov.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Qəbələ şəhər stadionu.
Zirə - Keşlə 4:1
Qollar: Dmitrios Çantakias, 33. Ağabala Ramazanov, 60. Klesio Bauk, 90+4 - Klesio Bauk, 74 (avtoqol).
Zirə: 22. Rəşad Əzizli, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov (k), 2. Sərtan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 4. Elvin Camalov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov, 27. Tamerlan Burcəliyev, 6. Ayxan Süleymanlı.
Baş məşqçi: Rəşad Sadıqov.
Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 2. İlkin Qırtımov, 8. Tural Axundov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 11. Silvio Rodriges, 23. Artur Batista, 13. Pərviz Azadov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 18. Ruslan Əmircanov, 4. Şəhriyar Əliyev, 20. Rail Məlikov, 48. Dmitro Klots, 99. Rafael Məhərrəmli, 14. Turan Vəlizadə.
Baş məşqçi: Yunis Hüseynov.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu.
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
1 |
Qarabağ |
9 |
5 |
3 |
1 |
26:6 |
18 |
2 |
Zirə |
10 |
5 |
3 |
2 |
12:9 |
18 |
3 |
Neftçi |
10 |
5 |
2 |
3 |
11:13 |
17 |
4 |
Sumqayıt |
10 |
4 |
3 |
3 |
13:15 |
15 |
5 |
Keşlə |
10 |
3 |
3 |
4 |
11:15 |
12 |
6 |
Səbail |
8 |
2 |
3 |
3 |
9:10 |
9 |
7 |
Qəbələ |
10 |
1 |
5 |
4 |
8:18 |
8 |
8 |
Sabah |
9 |
2 |
0 |
7 |
8:12 |
6 |
Bombardirlər |
Əli Qurbani (Sumqayıt),
Filip Ozobiç (Qarabağ), Mahir Emreli (Qarabağ), Namiq Ələsgərov (Neftçi)
- 6. Davit Volkov (Zirə) - 4. |