19:13 05.12.2020 820

PFL çempionatı erkən dayandıracaq? - AÇIQLAMA

Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turunun koronavirusa kütləvi yoluxmalara görə təxirə salınan matçları nə vaxt keçiriləcək?

Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev "FutbolPress”ə açıqlamasında yeni tarixlərin hələ müəyyənləşmədiyini, bir neçə variantı götür-qoy etdiklərini söyləyib.

"İndidən bununla bağlı heç nə deyə bilməyəcəyik. Gələn həftə ərzində vəziyyəti nəzərdən keçirib, müzakirə apardıqdan sonra qərar veriləcək ki, turları oynayıb sonra bu matçlara qayıdaq, yoxsa əvvəlcə bu görüşləri keçirib ardınca digərlərini təşkil edək. Ola bilər ki, dövrə yekunlaşsın, sonra bu oyunlara qayıdaq. 2-3 variant var, ona görə dəqiq tarixlər müəyyənləşməyib”.

Son günlər futbol ictimaiyyətində mövsümün dayandırılması müzakirələri çoxalmaqdadır. Bəziləri hesab edir ki, bu vəziyyətdə çempionatı davam etdirmək vəziyyəti daha da pisləşdirir. Qurum rəsmisi çempionatın gələcək taleyinin yoluxma sayından, ölkədə koronavirusa görə veriləcək qərarlardan asılı olacağını bildirdi:

"Məsələ odur ki, heç kəs gələn tur nə olacağına zəmanət verə bilməz. Hər şey yoluxmadan asılıdır. Biz artıq bu virusla yaşamağı öyrənməliyik. Avropada da, dünyanın digər yerlərində də çempionatlar keçirilir, heç yerdə dayandırılmır. Müəyyən təxirəsalmalar var, amma konkret dayandırılma yoxdur. Bizdə məsələ belədi ki, 7 nəfər yoluxarsa, oyun təxirə salınır, əks-halda matçlar keçirilir. Növbəti turlarda analizlərin nəticələrindən çox şey asılı olacaq. Biz çempionatı davam etdirmək istəyirik.
Digər tərəfdən, indi mövsümü dayandırmaq gələcək planlama baxımından da düzgün olmaz. Çünki mövsümün ikinci hissəsində təqvim həddən artıq sıxdır – onda həftəiçi kubok oyunları da olmalıdır. Əgər indi dayandırsaq, sonradan bu matçları keçirmək üçün vaxt tapmaq çətin olacaq. Bu baxımdan çalışırıq ki, çempionatı keçirək. Əlbəttə, insan sağlamlığı önəmlidir. Hər şey analizlərin nəticələrindən asılıdır. Yoluxma kütləvi xarakter daşısa, görsək ki, arta-arta gedir, o halda əlimizdən bir şey gəlməyəcək. Ən əhəmiyyətli məsələ Operativ Qərargahın verəcəyi qərarlardır. Hələ bilinmir ki, yaxın gələcəkdə hansı qərarlar veriləcək. Biz keçən mövsümü dayandıranda stadionlar tam qapadılmış, açıq havada yarışlar dayandırılmışdı. Elə olsa, biz mövsümü dayandırmalı olacağıq, ancaq indiki halda davam etdirmək istəyirik”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X