Rusiya Premyer Liqasında 17-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Azər Əliyevin çıxış etdiyi "Ufa” səfərdə "Rostov”la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Azər də bu görüşün iştirakçısı olub. O, 87-ci dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, "Ufa” 17 oyuna 13 xalla 16 iştirakçı arasında 14-cüdür.
Fanat.Az