"Vilyarreal"ın forvardı Pako Alkaserin Avropa Liqasının qrup mərhələsinin son turunda "Qarabağ"a qarşı oynamayacağı dəqiqləşib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqanın XII turunda "Elçe" ilə qolsuz heç-heçə etdikləri matçda zədələnən 27 yaşlı hücumçunun bud əzələsində yırtıq aşkarlanıb.
İspaniya yığmasının da şərəfini qoruyan forvardın 2021-ci ildə sıraya dönəyəcəyi gözlənilir.
Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Daha əvvəl digər hücumçu Karlos Bakka ilə yanaşı, yarımmüdafiəçi Moi Qomesin də zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşü buraxacağı açıqlanıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol