"Danışılacaq çox şey yoxdu. Mövsümdə belə oyun çox nadir hallarda olur ki, bu qədər qol epizodları yaradırsan, amma yekunda heç-heçə edirsən".
Fanat.Az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XII turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.
48 yaşlı mütəxəssis bildirib ki, Qəbələdə oynamaq hər zaman onlar üçün çətin olub: "Fikirləşirəm ki, yenə bir xal qazandıq. Ümumən futbolçular pis oynamadı, hər oyunda bu qədər qol epizodları yaratmaq olmur. Hər zaman Qəbələdə oynamaq bizim üçün çətin olub. Rəqibə növbəti oyunlarda uğurlar arzulayıram".