12:27 26.12.2020 780

“Təslim olmayacağıq” - Ağabala Ramazanov

"Zirə” klubunun kapitanı Ağabala Ramazanovun apasport.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının XIII turunda "Qarabağ”a qarşı 2 top fərqi ilə önə keçsəniz də, sonda 2:3 hesabı ilə məğlub oldunuz. Nə baş verdi?
- Bəlkə də, bu, çempionatın ən maraqlı oyunu oldu. Həm sürət, həm də qollar baxımından qarşılaşma dramatik keçdi. Hesabda önə keçdikdən sonra məğlub olmaq futbolun içində olan hadisələrdir. Qələbə qazanmağı çox istəyirdik, ancaq təəssüf ki, alınmadı.

- Bəlkə 2:0 hesabı ilə önə keçdikdən sonra futbolçularda arxayınlıq yarandı?
- Arxayınlıqdan söhbət gedə bilməz. Çünki rəqibin kim olduğu bizə aydın idi. Matça da çox yaxşı köklənmişdik. Öz səhvlərimizdən məğlub olduq. Amma heç nə bitməyib. Qarşıda bizim daha gözəl oyunlarımız və uğurlu nəticələrimiz olacaq.

- Görüşün qırılma anı hansı qol oldu?
- Kiminsə fərdi səhvinə görə uduzmadıq. Oyunumuzu baş məşqçi təhlil edəcək və öz sözlərini bizə deyəcək.

- Sarı vərəqə aldığınız epizodda hakimlə mübahisə etdiniz. Həmin anda narazılığınız nəyə idi?
- Açığı, o epizodla bağlı fikir bildirmək istəmirəm. Oyunda emosiyalar hədsiz dərəcədə yüksək olur. Bu mənada ola bilər ki, hansısa fikir bildirmişəm.

- Son 3 turda 2 xal qazandınız. "Neftçi” ilə heç-heçə və "Qarabağ”a məğlubiyyət, bəlkə də, başadüşüləndir. Ancaq "Sumqayıt”la da bərabərə qaldınız. Son turlarda komandada eniş var idimi?
- Xeyr, hər şey qaydasındadır. İtirdiyimiz xallara görə təəssüflənirik. Ancaq əl-qolumuzu yanımıza salıb, təslim olmaq fikrində deyilik. Heç bir rəqibdən çəkinmirik. Yeni ildə daha çox oyunlarımız olacaq. "Zirə” gündən-günə inkişafdadır. Ümid edirəm ki, mövsümün ikinci yarısında daha güclü "Zirə” görəcəksiniz.

- "Zirə”nin heyəti yayda, demək olar ki, sıfırdan yığılıb. Qısa müddətdə uğurlu çıxışınız sürpriz oldu. Bunun sirri nədədir?
- Olduqca tələbkar baş məşqçimiz var. Kollektivimiz də çox mehribandır. Hər kəs işinə ciddi yanaşır, üzərinə düşən məsuliyyəti dərk edir. Mövsümün sonuna qədər də belə davam edəcəyik.

- Komandanızı mövsümün sonunda neçənci yerdə görürsünüz?
- Ən yüksək pillələr uğrunda sona qədər mübarizə aparacağıq, canımızı ortaya qoyacağıq.

- Premyer Liqada 5 qol vurmusunuz.  Şəxsi planda mövsümü sizin üçün uğurlu saymaq olar, yoxsa daha yaxşısını edə bilərdiniz?
- Mövsümün ilk turunda zədələndiyim üçün çempionatın 4 oyununu buraxmaq məcburiyyətində qaldım. Amma toparlanmağı bacardım. Bunda mənə məşqçilər korpusu və komanda yoldaşlarım kömək oldular, daim mənə inandılar. Bu qollar da onların dəstəyi nəticəsində vuruldu.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
18:53

MPL: "Neftçi"dən darmadağın, "Qarabağ" "Kəpəz"ə qarşı -YENİLƏNİR

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X