"Səbail”in qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Fanat.Az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı komanda yanvarın 4-də bir araya gələcək.
Komanda yanvarın 21-dək "ASCO Arena”da hazırlıq keçəcək. Toplanış çərçivəsində bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Toplanış çərçivəsində 14 yanvar 2021-ci il tarixində, "Sabah"a qarşı yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub.