11:06 04.01.2021 908

Millimizin hücumçusu daha iddialı komandaya keçmək istəyir

"Azərbaycana gələnədək bu ölkənin futbolu barədə heç nə bilmirdim. Amma "Sumqayıt"a keçdikdən sonra ölkəyə və onun futboluna baxışım dəyişdi".

Bu fikirləri Azərbaycan millisinin və "Sumqayıt"ın futbolçusu Əli Qurbani "varzesh3.com" saytına müsahibəsində Azərbaycan futbolundakı ümumi vəziyyət barədə danışarkən deyib.

Cənubi azərbaycanlı hücumçu Premyer Liqada çıxış edən klubların ölkəsinin bir çox komandasından daha yaxşı şəraitə malik olduğunu bildirib: "Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Amma Azərbaycan klubları Çempionlar Liqası və Avropa Liqasında oynayırlar. Komanda tapa bilməyən oyunçuların məcburiyyətdən bu çempionata gəlməsi fikri yanlışdır".

30 yaşlı forvard ötən yay ciddi təkliflər aldığını söyləyib: "Sepahan"la 1 illik müqaviləm var idi. Komandada qala bilərdim. Eyni zamanda, yerli komandalardan konkret təkliflər də almışdım. Amma mən özümü daha yaxşı göstərmək üçün dəyişiklik etmək qərarına gəldim. "Sepahan"la sözləşməmdə belə bir bənd var idi ki, müqaviləni yalnız ölkə xaricindən təklif gələcəyi halda poza bilərəm".

"Sumqayıt"ın mövsümün ilk yarısındakı çıxışını dəyərləndirən təcrübəli oyunçu son oyunlardakı uğursuzluğu öz zədəsi ilə əlaqələndirib: "Dizimdən zədə alanadək komanda yaxşı formada idi. Turnir cədvəlinin zirvəsində qəraraşmışdıq. Hər şey əla gedirdi. Təəssüf ki, zədədən sonra 4-5 matçda uğurlu nəticə qazana bilmədik. Hazırda 4-cü sırada yer alırıq".

Qurbaninin sözlərinə görə, Premyer Liqa futbolçunun özünü göstərməsi baxımından yaxşı çempionatdır: "Bu liqanı izləyirlər. Burada özünü göstərmək imkanın daha genişdir. Futbolçu yaxşı səviyyədə çıxış edirsə, ona daha iddialı klublardan təkliflər gəlir. Açığı, İrana qayıtmaq barədə düşünmürəm. Ümid edirəm ki, növbəti mövsümdən daha prestijli liqada və güclü komandada çıxış etmək üçün yayadək yaxşı oynayıb, qollarımın sayını artıracağam. Bilirsiniz ki, Slovakiya çempionatında da oynamışam. Hətta Avropa Liqasında fərqlənmişəm. Hədəfim daha iddialı komandaya keçməkdir".

Futbolçu "Zamanı geri qaytarmaq mümkün olsaydı, Azərbaycan millisində oynamaq təklifini qəbul edərdiniz" sualına isə cavab vermək istəməyib: "Bağışlayın, bu barədə danışa bilmərəm".

Qeyd edək ki, 2020/2021 mövsümünün əvvəlindən "Sumqayıt"da çıxış edən Əli Qurbani Premyer Liqada 6 qol vurub.(report.az)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
19:08

MPL: "Neftçi"dən darmadağın, "Qarabağ" "Kəpəz"ə qarşı -YENİLƏNİR

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

Facebookdan bizi izləməyi unutmayın.
X