15:40 06.01.2021 677

Aftandil Hacıyev: "İnanıram ki, futbolçumuz milli komandada möhkəmlənəcək"

"Akademiyanı hər zaman yaxından izləyirik 19 yaşlıların məşqçisi Ruslan Qafitulin bu il maraqlı komanda formalaşdırıb. Onların içindən Şamili bəyənib, əsas komandaya cəlb etdik.

Fanat.Az xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev klubun saytına açıqlamasında 18 yaşlı futbolçu Şamil Cəfərovla peşəkar müqavilə imzalanmasına münasibət bildirərkən deyib.

39 yaşlı mütəxəssisin sözlərinə görə, müdafiəçinin əsas komanda ilə məşq etməsi, təcrübə qazanması üçün şansdır. "Gələcəkdə özünü məşqlərdə göstərməsindən çox şey asılı olacaq. Biz məşqçilər olaraq, çalışırıq hər zaman belə gənc oyunçulara dəstək olaq. Bundan sonra əsas komanda ilə məşqlərdə iştirak etməsinin gələcək inkişafına müsbət təsir etməsi üçün çox çalışmalıdır. Şamil, potensialı olan futbolçudur. İnanırıq ki, gələcəkdə həm "Səbail”in əsas komandasında, həm də milli komandamızda möhkəmlənə biləcək".

Paytaxt təmsilçisinin U-19 komandasının məşqçisi Ruslan Qafitulin 2.5 il Şamil Cəfərovla birlikdə işlədiyini xatırladıb: "Onun haqqında ancaq müsbət sözlər deyə bilərəm. Cəfərovun əsas keyfiyyətləri həm meydanda, həm də meydandan kənarda olan tərbiyəsi və intizamıdır. Mənim komandamda kapitan sarğısını daşıyırdı. Buna səbəb isə onun liderlik xüsusiyyətləridir. Məğlub olmağa nifrət edir, heç bir epizodda məğlub olmaq istəmir. Müdafiəçi üçün bu çox vacib məqamdır. Özünün həm müsbət, həm də mənfi keyfiyyətlərini əla bilir. Biz mənfilər üzərində işləmişik. Əminəm ki, o bunlara diqqət etsə daha da inkişaf edəcək. Çox mübariz və soyuqqanlı futbolçudur, oyunu da əla anlayır. Futbola gec gəlməsinə baxmayaraq, peşəkar olmaq və inkişaf etmək istəyi ona çox kömək etdi. Mən onun üçün çox sevinirəm. Şadam ki komandamızın baş məşqçisi Aftandil Hacıyev onun istedadını dəyərləndirərək peşəkar müqavilə imzaladı. "Səbail”də akademiyada yetişən futbolçuların, əsas komandaya kömək etmələri üçün böyük işlər görülür".

Şamil Cəfərov isə Ruslan Qafitulin və klub rəhbərliyinə təşəkkür edib: "Artıq peşəkar futbolçu olaraq söyləmək istəyirəm ki, bu mənim üçün çox gözəl hissdir. İnsanın arzu etdiyi uğura çatması üçün kiçik hədəfləri olmalıdır. Bu da mənim hədəflərimdən biri idi. İnanıram ki, daha çox əziyyət çəkib, böyük uğurlara imza atmağa çalışacam. Hazırki məqsədim bu qərarına görə, komandanı və baş məşqçimizi məyus etməməkdir".

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

Facebookdan bizi izləməyi unutmayın.
X