Qış fasiləsində "Qarabağ”ı "Zirə”yə dəyişən Musa Qurbanlı yeni komandasında fərqlənib.
Fanat.Az xəbər verir ki, gənc hücumçu debüt oyunundaca qol hesabını açmağı bacarıb.
Bu qol "Zirə”ylə "Sumqayıt” arasında keçirilən yoxlama qarşılaşmasına təsadüf edib. Qarşılaşma "Zirə”nin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Musa Qurbanlı oyuna əlavə edilmiş 3-cü dəqiqədə "Zirə” üçün təsəlli sayılacaq qola imza atıb. Beş qolun vurulduğu qarşılaşmada bu qol sonuncu olub.
Fanat.Az