19:30 14.01.2021 913

Qurban Qurbanov: "Gerye "Instagram" krallarından biridi"

"Hazırlıq plan üzrə gedir. Amma hələ oyunumuzda istənilən dinamika yoxdu. Oyun təcrübəsizliyi, futbolçuların fərqli formada olduğu hiss olunur. Bununla belə, işimiz pis getmir. Çalışırıq ki, çatışmazlıqlarımızı nə iləsə kompensasiya edək".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə" ilə keçirilən yoxlama matçından (3:3) sonra jurnalistlərə açıqlamasında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, yeni transferlərin olacağı çətin görünür: "Daim axtarışdayıq. Dəyişiklik etmək istəyirik. Amma görünən odur ki, hələ alınmır, sakitlikdi".

Qurbanov cari mövsümdə çempionluq mübarizəsinin çətin keçəcəyini söyləyib: "İlk növbədə Samir Abasova uğurlar arzu edirəm. Onunla çoxdanın tanışı, dostuyuq. Milli komandada birlikdə oynamışıq. Futbolçu kimi necə əzmkarlığı var idisə, məşqçi kimi bunu komandasında göstərir. Ümumiyyətlə, "Neftçi"də hər zaman əzmkarlıq olub. Bu, elə komandanın adından irəli gəlir. Hər məşqçinin öz fəlsəfəsi, oyunçulara yanaşması var. Mütləq dəyişikliklər olacaq. Bizə gəlincə, hər rəqibə ciddi yanaşmağa, ondan üstün olmağa çalışmışıq. Dəfələrlə məğlubiyyətlərimiz,çətin qələbələrimiz olub".

Qurbanov rəqiblərin "Qarabağ"la oyunlara daha ciddi hazırlaşdığını vurğulayıb: "Bu tək "Neftçi"yə yox, hər bir komandaya aiddi. Son vaxtlar məşqçilərimiz öz komandalarında intriqanı daha da çoxaldıblar. Daha aqressiv futbol görürük. İşimiz heç də asan deyil. Topa nəzarət etməyi xoşlayırıq, amma get-gedə bu çətinləşir. Rəqiblər bizi daha yaxşı tanıyır, analiz edir. Nəticədə işimiz çətinləşir.Bəzi qüsurları aradan qaldırmağa çalışacağıq".

Təcrübəli mütəxəssis hələ də toplanışa qoşulmayan haitili yarımmüdafiəçi Donald Geryeyə cəza verilə biləcəyini itisna etməyib: "Ondan hər gün xəbər alırıq. "İnstagram" krallarından biridi. Əlavə məlumata ehtiyac yoxdu. Elə bir dönəmdi ki, əminliklə kiminsə üzərinə getmək olmur. Ailə üzvlərində həqiqətən xəstəlik ola bilər. Onu başa düşürük. Məncə, belə hallarda oyunçu məşqləri buraxmaqla özü özünü cəzalandırır. Geryədə bu cür kaprizlər var. İlk dəfə deyil ki, onun belə hərəkətləri ilə qarşılaşırıq. Bizim oyunçumuzdu, cəzalandırmaq məsələsi öz aramızda qalır. Ümid edirəm ki, gəlib çıxar".

Qurbanov bu gün "Zirə"nin heyətində "Qarabağ"a qarşı oynayan oğlu Musa Qurbanlının icarəyə verilməsinə də toxunub: "Musanı Rəşad Sadıqov bizdən istədi. Transfer bir anda alındı. Düşünürəm ki, özü üçün də maraqlı olacaq. Bu iş "Zirə"nin istəyilə alındı. Düşünürəm ki, futbolçular bəzən komandalarını dəyişəndə daha tez inkişaf edirlər. Fərqli mühit, fərqli yanaşma onun xeyrinə ola bilər. Qalan şeylər özündən asılı olacaq. Məndən daha yaxşı futbolçu olmasını istəyirəm. Öz üzərində daha çox çalışmalıdı. Onu özümlə müqayisə etmək üçün keçmiş oyunlarıma baxacağam". (report.az)
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X