13:50 15.01.2021 744

"Səbail" iki futbolçu ilə danışıqlar aparır

"Dünən yoldaşlıq görüşündə "Sabah"a 0:1 hesabı ilə uduzduq. Amma bu gün məşqləri bərpa edirik".

Bu fikirləri "Report"a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev qış təlim-məşq toplanışı barədə danışarkən deyib.

40 yaşlı mütəxəssis hazırlıq prosesinə yanvarın 8-də qoşulan futbolçuları çempionat matçına hazır etməyə çalışdıqlarını bildirib: "Futbolçuların istədiyimiz formaya gəlib çıxmaları üçün vaxt lazımdır. Amma onların yanaşmalarından razıyam, fiziki məşqlər və yoldaşlıq görüşündən razı qaldım".

Hacıyev "Sabah"a məğlub olsalar belə, oyuna daha çox nəzarət etdiklərini vurğulayıb: "Bunu kənardan izləmək xoş idi. Sadəcə, ilk hissədə bir neçə epizod yaxaladıq, onları qola çevirmək lazım idi, amma bacarmadıq. Bu gün yoldaşlıq görüşündə nəticəyə fikir vermirik. Oyunçuların durumu bizim üçün önəmlidir. Ancaq hücumlarımızın sonluğunu düşünməliyik. Qol vura bilməsək, xallar qazanmayacağıq. İnanırıq ki, çempionatda hazırlıq prosesinin və yoldaşlıq oyununun faydasını görə biləcəyik. Sevinirik ki, qısa toplanışı zədəsiz başa vururuq. Sabah futbolçulara istirahət verəcəyik, növbəti gündən isə "Neftçi" ilə oyuna hazırlaşacağıq".

Qış fasiləsində 6 oyunçu ilə vidalaşdıqlarını xatırladan baş məşqçi heyətlərinə ən azı 3 yeni futbolçu cəlb etmək istədiklərini söyləyib: "Gedən futbolçuların karyeraları burada alınmadı. İnanıram ki, istədikləri komandanı tapacaqlar. Transferlə bağlı axtarışlarımız davam edir. İki futbolçu ilə danışıqlar gedir. Rəsmi nəsə olmadığı üçün bir qədər gözləmək lazımdır. Müdafiə, yarımmüdafiə və hücumda universal ola biləcək futbolçu axtarırıq".

Hacıyev Premyer Liqanın XIV turunda "Neftçi"yə qarşı keçirəcəkləri matç barədə də fikirlərini bölüşüb: "Kimə qarşı oynayacağımızı biirik. Hər matç bizim üçün önəmlidir. "Neftçi" yaxşı nəticələr qazanır. Bu yaxınlarda komandada baş məşqçi dəyişikliyi olub. Belə olan halda futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Bu qarşılaşmada çox güc sərf etməliyik. Çalışacağıq ki. ən azı müqavimət göstərək və nəticə qazanaq".

Qeyd edək ki, yanvarın 21-də keçiriləcək "Səbail" - "Neftçi" oyunu saat 16:00-da başlayacaq.
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

Facebookdan bizi izləməyi unutmayın.
X