17:12 18.01.2021 779

"Neftçi"nin liderliyi üzərimizdə təzyiq yaratmır" - "Qarabağ"ın kapitanı

Azərbaycan millisinin və "Qarabağ" klubunun kapitanı Maksim Medvedevin "Report"a müsahibəsi

- Artıq qış təlim-məşq toplanışı başa çatır. Klubunuzun hazırlıq prosesi barədə nə deyə bilərsiniz?
- Hər şey qaydasındadır. Hamılıqla baş məşqçi Qurban Qurbanovun tapşırıqlarını yerinə yetiririk. Deməzdim ki, budəfəki toplanış proqram olaraq nə iləsə fərqlənir. Antalyada olsaydıq da, həmin proqramla işləyəcəkdik.

- Sizcə, "Zirə" ilə 3:3 hesablı heç-heçə etdiyiniz 3 hissəlik yoxlama matçı boşluqları görmək baxımından nə dərəcədə əhəmiyyətli oldu?
- Yoldaşlıq oyunlarının çox olmasını istərdik. Amma hazırda bunu etməyə imkan yoxdur. Cəmi 1 qarşılaşma oldu, ondan maksimum istifadə etməyə çalışdıq. 2 yox, 3 hissə oynadıq ki, bütün futbolçular meydana çıxa bilsinlər. İstər oyunun gedişində, istərsə də matçdan sonra analizlər oldu. Baş məşqçi səhvlərimizi bizə göstərdi, harada daha diqqətli oynamalı olduğumuzu izah etdi. Yaxşı ki, 1 oyun keçirə bildik. Baş tutmasaydı, daha çətin olardı. Çünki uzun fasilədən sonra çempionat görüşünə çıxacağıq. Düşünürəm ki, "Zirə" ilə matçın bizə faydası dəydi.

- Pandemiya ilə bağlı bu dəfə klublar ölkə xaricində yox, Bakıda toplanış keçməli oldu. Bu amilin "Qarabağ" üçün hansı müsbət və mənfi tərəfləri var?
- Əlbəttə, Antalyaya getsəydik, daha yaxşı olardı. Orada sınaqçı rəqiblər çox olur. Fərqli səviyyəli komandalarla ən azı 3-4 oyun keçirə bilərdik. Təəssüf ki, bu dəfə alınmadı. Bu baxımdan mənfi haldır. Bakıda qalmağımızın müsbət tərəfi odur ki, hər gün evə gedə, ailə üzvlərimizi görə bilirik. Yeganə müsbət məqam kimi bunu qeyd edə bilərəm.

- Necə düşünürsünüz, "Qarabağ" mövsümün ikinci yarısına neçə faiz hazırdır?
- İndi bunu faizlə demək olmaz. Elə oyunlar olub ki, çox yaxşı çıxış etmişik, amma xal ala bilməmişik. Hərdən isə yaxşı təsir bağışlamırıq, amma matçı 3 xalla başa vururuq. Ona görə də proqnoz vermək çətindir. Düzdür, 100 faiz hazır deyilik. Çünki fasilədən sonra heç bir komanda tam hazır ola bilməz. Oyunlar hər şeyi göstərəcək.

- "Qarabağ"ın bu qış transfer etməməsi azarkeşləri düşündürür. Sizcə, hazırkı heyət çempionluq uğrunda mübarizə aparmaq üçün yetərlidirmi?
- Ötən illə müqayisədə heyətdə ciddi dəyişiklik yoxdur. Keçən mövsüm necə çempionluğa oynayırdıqsa, indi də belədir. Desək ki, bu gün komandaya yeni futbolçu almaq mütləqdir, düzgün olmaz. Çünki heyətdə hər mövqedə oynaya bilən kifayət qədər oyunçu var. Hazırda hər hansı boşluq görünmür. Əksinə, gənclər də bizə qoşulub, daha böyük komanda təsiri bağışlayırıq. Futbolçularımız da formadadır, özlərini yalnız yaxşı tərəfdən göstərməyə çalışırlar.

- "Neftçi"nin liderliyi sizin üzərində hər hansı psixoloji təzyiq yaradırmı?
- Xeyr, heç bir təzyiq yaratmır. Çünki ehtiyatda hələ bir oyunumuz var. Həmçinin ikinci dövrə hələ qarşıdadır. "Neftçi" ilə 2 dəfə qarşılaşacağıq. Hər oyunda sabit çıxış etməli, lazımınca xal yığmalıyıq.

- Mövsümün ikinci yarısına "Sabah"a qarşı oyunla start verəcəksiniz. Rəqibin qış fasiləsinə son pillədə çıxdığını nəzərə alsaq, bu qarşılaşma barədə nə düşünürsünüz?
- "Qarabağ" oyuna çıxanda rəqibin mövqeyinə baxmır. Komandanın birinci və ya sonuncu olmasına fikir vermirik. "Sabah"ı yaxşı tanıyırıq və bilirik ki, onlara autsayder kimi baxmaq olmaz. Çünki çox yaxşı komandadır. Ola bilsin, hansısa matçlarda xal və ya xallar qazana bilməyiblər. Amma oyunlarına baxanda görürsən ki, təhlükəli komandadır. Ən güclü rəqibə qarşı necə hazırlaşırıqsa, "Sabah"la matça da eyni qaydada ciddi yanaşırıq. "Qarabağ"ın qarşısında bir məqsəd var. Buna görə də rəqibin kimliyindən asılı olmayaraq, meydana çıxıb öz oyunumuzu sərgiləyəcəyik.

- Koronavirusa yoluxmuşdunuz, artıq sağalmısınız. Səhhətinizdə xəstəliyin hər hansı fəsadı qalıb?
- Artıq koronavirusdan tam sağalmışam. Heç bir fəsadı qalmayıb. Məşqlərdə qaçıram, problem hiss etmirəm. Əvvəl necə idimsə, indi də eləyəm.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X