13:09 20.01.2021 1035

“Uzun müddətdir arzuladığımız mənzərədir” - Vaqif Sadıqov

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun apasport.az saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasında qış fasiləsi artıq başa çatır. İndiyə qədərki mübarizəni necə dəyərləndirmək olar, oyunlar ürəyinizcə keçdi?
- Həmişə rəqabətli çempionat arzulamışıq. Bu gün də deyə bilərik ki, nə aşkar favorit, nə də autsayder var. Bu da rəqabətdən qaynaqlanır. İnanıram ki, bunun davamını görə biləcəyik.

- Komandaların çıxışına ayrı-ayrılıqda qiymət versəniz, kimləri fərqləndirə bilərsiniz?
- "Zirə” çempionata əlavə rəng qatdı. Rəşad Sadıqovun baş məşqçi təyinatından sonra tam fərqli oyun sərgiləyirlər və liderlər qrupunda təsadüfən yer almadıqlarını sübut ediblər. "Qəbələ”nin böyük islahatlara əl atmasına baxmayaraq, hər matçda sona qədər mübarizə aparması sevindirici haldır. Digərləri kimi, "Qəbələ” də avrokuboklara vəsiqə uğrunda mübarizə aparmaq gücündə olduğunu göstərməyə çalışır. "Sabah” ardıcıl uğursuz oyunlara baxmayaraq, son görüşlərdə toparlanaraq, lazım olan xalları qazanmağa başladı. Onlar da növbəti mərhələdə rəqabətin içində olacağını göstərdilər. Heç kim təslim olmaq fikrində deyil. Bütün klubların iddialı olması həm onların, həm də futbolçuların böyüməsinə yol açır. Hamı avrokuboklara can atır, bu da uzun müddətdir arzuladığımız mənzərədir. Cari mövsüm həm də onu göstərdi ki, təcrübəli futbolçular ikinci gəncliyini yaşayırlar. Rauf Əliyev, Əfran İsmayılov, Cavid Hüseynov, Vurğun Hüseynov kimi oyunçular yenidən əvvəlki oyunlarını göstərməyə başlayıblar. İnanıram ki, Kamran Ağayev də dönüşü ilə Azərbaycan futboluna hələ lazım olduğunu sübut edəcək.

- Rəqabət baxımından maraqlı çempionat getdiyi göz önündədir. Bəs keyfiyyətə koronavirus pandemiyasının təsiri oldumu?
- Koronavirusun təkcə futbola yox, bütün sahələrə təsiri oldu. Ancaq futbolumuz pandemiya ilə mübarizədən üzüağ çıxdı. Bir dəfə qısamüddətli fasilə oldu. Futbolçuları qorumağımız üçün bu, vacib idi. Düşünürəm ki, klublarımız hazırda ən yaxşı vəziyyətdə ikinci yarıya hazırdırlar. AFFA, PFL və klublar vəziyyətdən çıxış yolunu vaxtında tapmaqla çempionatın davamına nail oldular.

- Qış fasiləsi həm qısa çəkdi, həm də klublar toplanışı ölkə daxilində keçdilər. Bu amilin mövsümün ikinci yarısına mənfi təsiri ola bilərmi?
- İlk dəfədir ki, qış fasiləsi uzun sürmədi. PFL-in indiki məqamda bu addımı yerində idi. Klublar da çox istirahətdə çox olmadıqlarından, formanı bərpa etməyə az müddət bəs edər. Düzdür, ilk turlarda istədiyimiz performansı bəlkə görməyəcəyik. Ancaq qısa müddətdə komandalar pik vəziyyətlərinə gələcəklər. Hava şəraiti və ümumi vəziyyət klublara ölkə daxilində normal təlim-məşq toplanışı keçirməyə imkan verdi. Düzdür, başqa ölkələrin komandaları ilə yoxlama görüşləri olsaydı, daha yaxşı olardı. Son illər ilk dəfə belə alındı. Bu addımın özünü nə dərəcədə doğruldub-doğrultmayacağını zaman göstərəcək. Ancaq fikrimcə, böyük bir təsiri olmayacaq.

- Çempionatında bundan sonrakı mərhələsindən gözləntiləriniz nələrdir?
- Bayaq da qeyd etdiyim kimi, klubların heç biri avrokuboklara vəsiqə şansını itirməyib. Qarşıda hələ 15 tur var. Çempionluğa əsas namizəd kimi seçilən komandalar var. Ancaq düşünürəm ki, bu mövsüm heç kim rahat çempionluq qazanmayacaq. Arzu edirəm ki, layiq olan komandalar avrokuboklara yollansınlar və ölkəmizi uğurla təmsil etsinlər. Son tura qədər gərgin mübarizə izləyəcəyimizi güman edirəm. 

- "Qarabağ” adətən Avropa Liqasının qrupundakı iştirakına görə mövsümün ilk yarısında çempionatda çox güc sərf etmir, qış fasiləsindən sonra sürət yığaraq çempion olur. "Neftçi”, nəhayət ki, bu tilsimi qıra biləcəkmi?
- "Neftçi”nin son oyunlardakı performansı və nizam-intizamı ilə bu potensiala malik olduğunu göstərdi. Təkcə "Neftçi” yox, "Zirə” də, "Sumqayıt” da yaxşı vəziyyətdədir. Komandaları bir-birindən çox da ayırmaq istəmirəm. Düşünürəm ki, onlar "Qarabağ”la başabaş mübarizə apara və çempionluğa iddialı ola bilərlər. Sizin də qeyd etdiyiniz kimi, "Qarabağ” Avropa arenasında olarkən tez-tez çempionat matçlarında heyətdə rotasiyalar edirdi. Bu da xal itkilərinə gətirib çıxarırdı. Yenə bu ssenarinin təkrarlanıb-təkrarlanmayacağını zaman göstərəcək. Ancaq mənim fikrimcə, bu mövsüm çempion komanda bunu rahatlıqla əldə edə bilməyəcək. Həmçinin Avropa Liqasına vəsiqə qazanacaq komandalar da gərgin mübarizə içində olacaqlar.

- Üçüncü pillədəki "Zirə” heyəti yayda yenidən yığılmasına baxmayaraq, bu gün çempionluğa namizəd sayılır. Qəsəbə komandası bu çıxışını sona qədər davam etdirə biləcəkmi?
- İlk növbədə Rəşad Sadıqov amili burada böyük rol oynayır. Yayda transfer edilən futbolçular "Zirə” üçün yeni olsalar da, Rəşadın tanıdığı simalardır. Onların çoxu gənclər yığmasında Rəşadın rəhbərliyi altında çıxış edib. Diqqət yetirdinizsə, əcnəbi transferlərin əksəriyyəti də burada oynamış futbolçulardır. Klesio Bauk, Davit Volkov, Riçard Almeyda kimi oyunçuları qeyd edə bilərəm. Rəşad öz oyun modelinə uyğun oyunçulardan ibarət mübariz kollektiv seçməyi bacardı. Ancaq böyük hədəfləri olan komanda yerində saymamalıdır, gündən-günə inkişaf etməlidir. "Zirə” öz transfer siyasətini davam etdirməklə heyətdə güclü rəqabət yaratmağa çalışır.

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X