15:12 26.01.2021 1323

Elşən Abdullayev: "Formamı bərpa edib millinin formasını geyinmək istəyirəm"

Elşən Abdullayev uşaq, yeniyetməlik çağından öz istedadı ilə seçilib. Gənc yaşlarından "Neftçi", "Qarabağ" kimi aparıcı komandalarda çıxış edib, çempionluqlar, kuboklar qazanıb. Aşağı yaş qrupları, U-21 yığmasının daimi üzvlərindən olub. 

İstedadlı futbolçu son vaxtlar gözdən itib. Dünən "Kəpəz"lə kubok oyununun sonlarında "Sabah"ın heyətində meydana çıxan Elşən Abdullayevlə əlaqə saxlayıb daimi oynamamasının səbəblərini araşdırmağa çalışdıq:

- Elşən, uzun müddətdir yaşıl meydanlardan uzaq qalmışdın. Səbəbi nədir?
- Səbəbi nə ola bilər? Əsas səbəb zədələnməyim olub. Futbolçu taleyi belədir.

- Bu nə vaxt baş vermişdi?
- Ötən mövsüm "Qəbələ" ilə oyunda oldu. Rəqib kobud oynadı, dizimdə problem yarandı. 

- Uzun çəkdi zədən nəsə...
- Futbolçuyuq, həkimlərin sözünə qulaq asmalıyıq. Müayinədən sonra deyildi ki, əməliyyata ehtiyac yoxdur, keçib gedər. Sonra yenidən eyni dizimdən zədələndim. Gərək əməliyyata dərhal gedəydim.

- Harada müalicə aldın?
- Bir aya yaxın Türkiyədə qaldım. Orada da həkimlər məsləhət gördülər ki, tam əməliyyat olunmayım. Qayıdandan sonra yenidən ağrılar hiss etməyə başladım.

- Deməli, həkimlər düzgün diaqnoz qoymurdu...
- Yox, elə deməzdim. Həkimlər də istəyirdilər ki, tez bərpa olunum, oynayım. Qismət, belə alındı. Sonda məcburiyyətdən meniskimdən tam əməliyyat olundum. Vaxt itirdiyimə görə ön çarpaz bağlar da zədələnmişdi. İndi hər şey qaydasındadır, tam sağalmışam.

- Oynamağa hazırsan?
- Tam özümə gəlmişəm. Heç bir narahatlığım da yoxdur. Yeganə oyun praktikasından korluq çəkirəm. 

- Bəs niyə oynamırsan?
- Mən futbolçuyam. Var gücümlə məşqlərimi edirəm. Oynayıb oynamamağıma qərarı baş məşqçi verir.

- Baş məşqçi də oynatmır... 
- Heç vaxt narazılıq etməyi xoşlamamışam. Məni tanıyanlar bilir, davranışım, intizamım həmişə yerində olub. Rejimə baxıram, heç kiminlə problem yaşamamışam. Yəni intizamsız futbolçulardan deyiləm. Uşaqlıqdan "İnter", "Neftçi", "Qarabağ" kimi komandaların məktəbini keçmişəm, U-21-də əsas futbolçulardan olmuşam. 
İndi də meydana çıxmağa, komandama kömək etməyə hazıram. 

- "Sabah"da nələr baş verir?
- Mən futbolçuyam. Bu suala baş məşqçi, rəhbərlik cavab verə bilər. 

- Yenə də...
- Oynamıram axı, nə cavab verə bilərəm. 

- Belədisə, başqa komandaya keçmək fikrin yoxdu?
- "Sabah"a böyük ümidlərlə keçmişdim. Düzdü, bir illik müqavilə bağlamışdım. Zədədən əvvəl ilk oyunlarımdan sonra israrla təklif etdilər ki, müqaviləni təcili iki illik də uzadaq. Mən də razılaşdım.

- İndi peşman deyilsən ki?
- Nə deyim? Hər futbolçunun başına gələn biləcək işdi. Şansız zədə aldım. Baş məşqçi də dəyişdi. Oynamaq istəyirəm, məşqlərimi də davam edirəm. 

- Bir ara söz gəzdi ki, "Sabah" səni transferə çıxarıb.
- İstənilən futbolçunu klubu transferə çıxarmaq hüququ var. 

- Qış fasiləsində başqa klublardan təkliflər olmadı?
- Açığı, bəzi söz-söhbətlər qulağıma çatırdı. Elşən Abdullayev o futbolçulardan deyil ki, xahiş-minnətlə hansısa komandaya keçsin. Zədəm də xroniki deyil, çoxdan ötüb keçib. Mövsümün sonuna kimi "Sabah"dayam, var güvvəmlə məşqlərimi davam edirəm. Sonrasına baxarıq.

- "Sabah" müqaviləni uzatmaq istəsə, qalmaq ehtimalın var?
- Mən həmişə iddialı komandalarda oynamışam. Elə ilk qolumu da "Neftçi"də 17 yaşında kubok oyununda Gəncədə "Kəpəz"ın qapısına vurmuşam. "Sabah"ın da iddiasına görə gəlmişdim. İndi əsas məqsədim yaya kimi fiziki durumumu daha da möhkəmlətməkdir. Çempionat bitəndən sonra qərarımı verəcəm. Tələsmirəm. Hansı klub, hansı baş məşqçi mənə inanacaq, o komandada da olacam.

- Yenidən əvvəlki Elşən Abdullayevi meydanda görə biləcəyikmi?
- Allah zədərlərdən qorusun, buna əmin ola bilərsiz. Zədə, ardınca, pandemiya tez qayıtmağıma mane oldu. Bunlar artıq keçmişdə qalıb. 

- Qarşıdakı illərdə məqsədin nədir?
- Formamı bərpa edib millinin formasını geyinmək.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:40

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X