"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az TMW nəşrinə istinadən xəbər verir ki, "qartallar" Ukraynanın "Lvov" komandasının hücumçusu Filipe Paxtmannı transfer edib. Braziliyalı forvard qəsəbə təmsilçisinə azad agent kimi keçib.
Qeyd edək ki, 20 yaşlı hücumçu Braziliyanın "İmbituba" klubunun yetirməsidi. O, 2019-cu ildə "Fluminense"nin B komandasından "Lvov"a keçib və bu mövsüm Ukrayna klubunun heyətində 7 oyun keçirib.