Azərbaycan Premyer Liqasının ikinci yarısına hazırlığı davam etdirən "Sabah” yoxlama oyununda qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi ölkəmizin U-19 yığmasıyla qarşılaşıb.
Mərdəkandakı "Dalğa Arena”da keçirilən matç Masazır komandasının 3:0 hesablı qələbəsiylə nəticələnib. "Göy-ağlar"ın qollarına Ramil Şeydayev, Amadu Diallo və Təmkin Xəlilzadə imza atıb.
"Sabah” Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə "Zirə” ilə qarşılaşacaq. Oyun fevralın 14-də, saat 17:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.