14:16 22.02.2021 866

"Qarabağ"da eniş yoxdur, bəxtimiz gətirmir" - Filip Ozobiç

"Futbol üçün darıxmışdım. Səbirsizliklə meydana qayıdacağım anı gözləyir, zədəmi tezliklə sağaldaraq, yenidən oynamaq istəyirdim. Meydana özümü çox yaxşı hiss etdim. Heç bir problem olmadı".

Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Filip Ozobiç təxminən 1 aylıq fasilədən sonra yenidən yaşıl meydanlara dönüşü barədə danışarkən deyib.

Yanvarın ortalarında məşq zamanı zədələnmiş xorvatiyalı yarımmüdafiəçi hələ tam hazır olmadığını bildirib: "Zədə əzələ ilə bağlı idi. Müalicə prosesi belə olmalı, bir qədər gözləmək lazım idi. Ona görə belə alındı. Təbii ki, 100 faiz hazır, arzuladığım formada deyiləm. Konkret vaxt deyə bilmərəm. Amma əvvəlki formamı mümkün qədər tez bərpa etməyə çalışacağam".

"Sumqayıt"la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVI turunun oyununa da toxunan 30 yaşlı futbolçu kifayət qədər inamlı təsir bağışladıqlarını, sadəcə qol vura bilmədiklərini söyləyib: "Çox yaxşı oynadıq. Görüş ərzində meydana tam nəzarət öz əlimizdə idi. Saysız-hesabsız qol epizodları yaratsaq da, qələbə qazanmaq alınmadı. Bunu bəxtsizliklə əlaqələndirərdim. Həmin gün şans öz tərəfimizdə deyildi".

"Qarabağ"ın son 2 turda qələbə qazana bilməməsinin səbəblərindən də söz açan təcrübəli oyunçu bunun uğursuzluq kimi qələmə verilməsi ilə razılaşmadığını vurğulayıb: "Komandada eniş olduğunu düşünmürəm. Ümumiyyətlə, bu fikirlərlə razılaşmıram. Futbolda belə hallar olur. Ümid edirəm ki, növbəti matçlarda da bu cür baxımlı oyun nümayiş etdirəcək və qələbə qazanacağıq".

Hesabat turunda evdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edən lider "Neftçi" "Qarabağ"la xal fərqini 3-ə çıxarıb. Ozobiç bu amilin futbolçulara psixoloji təsir göstərmədiyini bildirib: "Düzdür, əsas rəqibimiz qələbə qazandı. Amma hələ 12 tur var. Bu matçlarda xal itkiləri olacaq. Onu deyə bilərəm ki, bizi qarşıda maraqlı mübarizə gözləyir".

Qeyd edək ki, "Qarabağ" hazırda 30 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:33

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X