19:48 25.02.2021 856

"Keşlə"nin baş məşqçisi: "Biz daha istəkli idik"

"Bəlkə də bu, bizim üçün bir imtahandır. Çünki klub olaraq hazırkı vəziyyətdən çıxmaq istəyirik. Futbolçular həm məşqdə, həm iclaslarda çox çalışırlar. Çıxış yolları axtarırıq".

Fanat.Az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XVII turunun oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəsiss bildirib ki, ilk hissəni rəqibin aktivinə yazmaq olar: "Amma ikinci yarı barədə bunu deməzdim. Biz daha istəkli idik. Topa daha çox sahib olduq. Nəticədə qol da vurduq. Son saniyələrdə qol buraxmaq futbolçulara pis təsir etdi. Onları psixoloji durumdan çıxarmağa çalışacağıq".

Qurbanov hər iki komandanın turnir cədvəlindəki durumunun yaxşı olmadığını söyləyib: "Mübarizəli, gərgin oyun oldu. Son dəqiqələrdə qol buraxmaq məyusedici olsa da, ən azı səfərdən 1 xalla qayıdırıq. Futbolçular bunu dərk etməlidirlər. Psixoloji cəhətdən ayaqda durmağı bacarmalıyıq".

Baş məşqçinin sözlərinə görə, komandası qol vurandan sonra arxayınlaşmayıb: "Futbolçularda istək çox idi. Meydanda sonadək vuruşdular. Amma ani vəziyyətdərəqibi boş buraxdıq və o da fərqləndi. Səhvləri müzakirə etmək və aradan qaldırmaq üçün vaxtımız olacaq".

Mütəxəssis "Keşlə"nin liderlərindən olan Sezar Meza Kollinin erkən əvəzlənməsinin səbəbini də açıqlayıb: "Onu oyundan çıxarmaq istəmirdik. Ayağında ağrılar hiss etdi və əvəz olunmasını istədi. Geniş heyətimiz yoxdur. Ona görə də Meza Kollinin meydanı tərk etməsi planlarımızda yox idi". (Report.az)
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

Facebookdan bizi izləməyi unutmayın.
X