Azərbaycan I divizionunda XVI tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
"Zaqatala” 10 nəfərlə qalmasına baxmayaraq, "Sumqayıt-2” üzərində inamlı qələbə qazanaraq liderliyə yüksəlib. MOİK – "Keşlə-2” matçında 6 qol vurulsa da, qalib müəyyənləşməib. "Kəpəz” isə səfərdə "Qarabağ-2” ilə heç-heçə edib.
Qeyd edək ki, "Sabah-2" - "Qaradağ Lökbatan" və "Turan Tovuz" - "Neftçi-2" oyunları sabah keçiriləcək.
I divizion
2020/21 mövsümü
III dövrə, XVI tur
5 mart
MOİK - Keşlə-2 3:3
Qollar: Xəyal Bədirov, 37. Hüseyn Hüseynli, 40. Emin Mehtiyev, 41 - Bahadur Həziyev, 25. Xəzər Məhmudov, 75; 90+3.
Zaqatala - Sumqayıt-2 2:0
Qollar: Xəlil Bəşirov, 69. Əsədulla Heydərov, 89.
Qarabağ-2 - Kəpəz 1:1
Qollar: Sultan Mustafayev, 74 - Emil Qasımov, 54.