10:29 06.03.2021 1081

Ukraynalı qapıçı Azərbaycan millisindən dəvət gözləyir

"Qəbələ"də çıxış edərkən əvvəlcə hər şey qaydasında idi. Sonra baş məşqçi Roman Qriqorçuk məni altı aylıq əvəzedici heyətə göndərdi. Əsas komandaya qaytaracağını dedi, amma etmədi".

Bu fikirləri Ukraynanın "Minay" klubunda çıxış edən Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviç "Bfootball" nəşrinə geniş müsahibəsində deyib.

29 yaşlı qolkiper bildirib ki, 2015/2016 mövsümünün sonun klub rəhbərliyi onunla əlaqə yaradıb: "Həmin vaxt Kiyevdə idim. Qayıtmağımı istədilər və daha sonra müqaviləmi ləğv etdilər. Çağırmaqlarının səbəbini soruşduqda isə üz-üzə danışmaq istədiklərini bildirdilər. Azərbaycana qayıtdım və mənə bir az təzminat verildi. Çünki klubla daha birillik sözləşməm var idi. Sonra isə "Minay"a keçdim".

Popoviç Azərbaycan yığmasının formasını geyinməsinə baxmayaraq ukraynalı olduğunu söyləyib: "Mən ukraynalıyam. Sadəcə pasportum var və Azərbaycan millisində oynamışam. Bu ölkə ilə yaxşı əlaqələrim mövcuddur. Artıq üç il və ya daha uzun müddətdir yığmaya çağırılmıram. Ümumiyyətlə sonuncu dəfə nə vaxt dəvət aldığımı belə xatırlamıram. Hazırda şans var. Ümid edirəm martdakı toplanışda Azərbaycan millisinə dəvət alacağam. Çünki cari mövsüm bunun üçün çox şey etmişəm".

Oyunçu Azərbaycan futbolunun durumu haqqında bunları deyib: "Orada yaxşı maliyyə var. Məsələn, "Qarabağ" klubu hərtərəfli inkişaf edib. Bu səviyyəyə yavaş-yavaş irəlilədilər, baş məşqçiyə güvəndilər, pul yatırdılar. Komanda ardıcıl neçə mövsümdür ki, çempion olur. Hətta avrokubokların da qrup mərhələlərində iştirak edir. Onlar üçün hər şey yaxşıdır. Bəziləri isə dərhal nəticə istəyirlər. "Qəbələ"yə görə məyusam, mən orada olanda Qriqorçuku dəvət etdilər, yüksək səviyyəli oyunçular gətirdilər. Komanda çox yaxşı idi. Əsas hədəf də çempionluq olmuşdu. Ancaq "Qarabağ" amilinə görə şans az idi. Onlara qarşı görüşlərdə heç-heçə edir və ya qələbə qazana bilirdik. Amma digər komandalarla oyunlarda xallar itirdik. "Qəbələ"yə artıq böyük maliyyə yatırılmır. Halbuki orada hər şey var. İndi orada qalmaqlarından xəbərsizəm. Həqiqətən orada hər şey ən yüksək səviyyədədir. Komandanın düşdüyü duruma görə təəssüflənirəm".

Azərbaycanda digər klublarda da çıxış edən Ukraynalı qolkiper həmin dönəmdə ən pis şəraitin "Turan Tovuz"da olduğunu sözlərinə əlavə edib: Komanda hazırda birinci divizionda çıxış edir. Liderdir və elitaya qayıtmaq istəyir. Bir il icarə əsasında orada oynadım, ən pis şərtlərin həmin klubda olduğunu düşünürəm. Bəxtim gətirdi ki, pulumu müqavilə ilə məxsus olduğum "Bakı" ödədi. Görürdüm ki, futbolçular orada ölürlər, onlara pul verirdim ki, özlərinə nəsə alsınlar. Çünki orada pul ödəmirdilər. Üstəlik, Gürcüstandan 100 km aralıda bir kənd idi, getməyə hansısa yer yox idi. Oradakı azərbaycanlılar buna öyrəşiblər. Amma çoxlu legionerimiz var idi, bazada qalır, məşqə çıxır, nahar edir və orada vaxt keçirirdilər. Mənim "Playstation”um var idi, amma televizorları dördbucaq və qalın olduğundan oynaya bilmirdim. Orada formasını geyindiyim "Bakı” klubuna görə də təəssüflənirəm".

Qeyd edək ki, 2011-2014-cü illərdə U-21 və əsas yığmanın formasını geyinmiş Andrey Popoviç "Bakı", "Sumqayıt", "Turan" və "Qəbələ"də də çıxış edib.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X