Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə Bakıda 2 görüş keçirilib.
Günün ilk matçında "Sabah" "Bank Respublika Arena"da "Sumqayıt"ı sınağa çəkib. 18 Hesabı meydan sahibləri açsa da, ikinci yarıda qonaqlar bərabərliyi təmin edib və tərəflər meydanı 1 xalla tərk edib.
Bu komandalar arasında ölkə çempionatında 10-cu örüş olub. Həmin matçların 3-də Masazır təmsilçisi, 5-də isə "gənclik şəhəri" klubu qələbə qazanıb. Topların nisbəti də sumqayıtlıların xeyrinədir - 15:10. Son 5 görüşdə hər iki komanda qol vurub. "Sumqayıt” 8 görüşdür meydanı qolsuz tərk etmir.
Günün digər matçında "Neftçi" "Bakcell Arena"da "Keşlə" ilə qarşılaşıb. Əslində bu görüş "ASK Arena"da keçirilməli idi. Sadəcə, "ağ-qaralar"ın stadionunda aparılacaq təmir işləri ilə əlaqədar matçların yeri dəyişdirilib. 4 qolun vurulduğu görüşdə "Neftçi" asan qələbə qazanıb - 3:1.
Komandalar 65-ci çempionat oyununda üz-üzə gəlib. Bu görüşlərin 35-də meydan sahibləri, 15-də qonaqlar qələbəni bayram ediblər. Topların fərqində də "Neftçi"nin aşkar üstünlüyü var - 100:63. "Keşlə” son 4 oyunda uduzub. "Neftçi” ardıcıl 10 səfər matçında meydandan qolsuz ayrılmayıb.
Qeyd edək ki, tura martın 9-da keçiriləcək "Qəbələ" - "Səbail" və "Zirə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
Premyer Liqa
2020/21 mövsümü
III dövrə, XIX tur
8 mart
Sabah - Sumqayıt 1:1
Qollar: Təmkin Xəlilzadə, 34 - Camaləddin Xocaniyazov, 70.
Sabah: 1. Saşa Stamenkoviç, 19. Təmkin Xəlilzadə, 4. Bəhlul Mustafazadə (k), 34. Bəxtiyar Həsənalızadə, 28. Kevin Kubemba, 30. Mario Marina, 48. Dmitro Klots, 3. Zurab Oçiqava, 26. Fofana Tiemoko, 2. Amin Seydiyev, 77. Veysəl Rzayev.
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 9. Xulio Sezar Rodriges, 6. Şakir Seyidov.
Baş məşqçi: Visente Qomes.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 22. Cavid İmamverdiyev, 11. Mehdi Şərifi, 5. Camaləddin Xocaniyazov, 4. Höccət Haqverdi, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 97. Xəyal Nəcəfov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 37. Nicat Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Səbuhi Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Kərim Ağayev.
"Bank Respublika Arena”.
Neftçi - Keşlə 3:1
Qollar: Namiq Ələsgərov, 6; 64-pen. Ömər Buludov, 19 - Azər Salahlı, 82.
Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 10. Saman Nərimancahan, 91. Tallison Diaz, 20. Mert Çelik, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 72. Emin Zamanov, 70. Asim Əlizadə, 87. Nazim Məmmədzadə, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Samir Abasov.
Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 8. Tural Axundov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 9. Anatole Abanq, 29. Yevgeni Koçuk, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 32. Elvin Yunuszadə, 11. Silvio Rodriqes, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 50. Samir Abdullayev.
Baş məşqçi: Sənan Qurbanov.
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Nicat İsmayıllı.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
"Bakcell Arena".
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
1 |
Neftçi |
19 |
12 |
3 |
4 |
26:19 |
39 |
2 |
Qarabağ |
18 |
10 |
6 |
2 |
42:13 |
36 |
3 |
Zirə |
18 |
7 |
8 |
3 |
23:18 |
29 |
4 |
Sumqayıt |
19 |
6 |
7 |
6 |
21:22 |
25 |
5 |
Qəbələ |
18 |
5 |
6 |
7 |
16:26 |
21 |
6 |
Səbail |
18 |
4 |
5 |
9 |
18:28 |
17 |
7 |
Keşlə |
19 |
3 |
7 |
9 |
18:30 |
16 |
8 |
Sabah |
19 |
4 |
4 |
11 |
19:27 |
16 |
Bombardirlər |
Namiq Ələsgərov (Neftçi)
- 13. Mahir Emreli (Qarabağ) - 12. Filip Ozobiç (Qarabağ) - 9. Davit Volkov
(Zirə) - 8. Əli Qurbani (Sumqayıt) - 7. Kvabena Ovusu (Qarabağ) - 6. Ağabala
Ramazanov (Zirə), Kevin Kubemba (Sabah), Klesio Bauk (Zirə) - 5. |