"Qəbələ" Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlarına bu gün start verəcək.
Fanat.Az xəbər verir ki, komanda fasilə dövründə iki yoxlama oyununda qüvvəsini sınayacaq. Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda martın 25-də "Zirə” ilə üz-üzə gələcək. "Qəbələ” ikinci sınaq matçını 4 gün sonra keçirəcək. "Qırmızı-qaralar” Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması ilə qarşılaşacaq. U-21-lə görüş "Dalğa Arena”da baş tutacaq.
Qeyd edək ki, "Qəbələ" Premyer Liqada növbəti oyununu aprelin 4-də səfərdə "Sabah”a qarşı keçirəcək.
Fanat.Az