Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubu yoxlama oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Rüfətin komandası yerli "Union Omaha" klubu ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
Dadaşov start heyətdə meydana daxil olub və komandasının yeganə qolunu vurub. Bu, onun yeni mövsümdə ilk qolu olub.