15:46 30.03.2021 762

"O qələbəyə görə niyə xatırlanmadığımı bilmirəm" - MÜSAHİBƏ

Futbol üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Əsgər Abdullayevin "Report"a müsahibəsi

- Yığma komanda bu gün 2022-ci il dünya çempionatının seçmə oyununda Serbiya ilə üz-üzə gələcək. Görüş haqqında nə deyə bilərsiniz?
- İnanıram ki, bugünkü matçda komanda yaxşı oynayaraq nəticə qazana bilər. Fikrimcə, məğlubedilməz komanda yoxdur. Niyəsini bilmirəm, amma bu gün milliyə çox inanıram. Xal qazana biləcəklərinə ümid edirəm.

- 2003-cü ildə sizin rəhbərliyiniz altında yığma Serbiya və Monteneqro ilə səfər oyununda 2:2 hesablı heç-heçəyə, evdə isə 2:1 hesablı qələbəyə nail olmuşdu. Həmin anları necə xatırlayırsınız?
- Mənə elə gəlir ki, həmin vaxt futbolçular özlərinə daha çox inanırdılar. Bizim vaxtımızda milli daha yaxşı görünürdü.

- Baş məşqçi kimi hansı qərarların sayəsində bu nəticələrə nail oldunuz?
- Belə bir məsəl var: İstək ustalığı üstələyir. Yəni, nəticə üçün istək və məsuliyyət olmalıdır. Həmin dönəmdəki futbolçular özlərinə daha çox inanırdılar. Meydanda heç kimdən çəkinmək lazım deyil. Düşünürəm ki, hazırkı Serbiya seçməsi 2003-cü ildəki Serbiya və Monteneqrodan zəifdir. Biz oynadığımız kollektiv çox güclü idi. Serbiya yığmasının cari seçmə mərhələdəki oyunlarına baxmışam. Məğlubedilməz komanda deyil.

- Həmin dönəmdə klublar əksər futbolçularını ovaxtkı AFFA rəhbərliyi ilə münasibətlərinə görə milliyə buraxılmamışdılar...
- Bəli. Buna baxmayaraq, qələbə qazana bilmişdik. Bayaq da dedim ki, istək ustalığı üstələyir. İndiki futbolçularda da istək və inam olmalıdır. Canni De Byazi də təcrübəli baş məşqçidir. Futbolçuların hər biri ilə söhbət aparmalıdır. Bir sözlə inam yaranmalıdır. Bizim məğlub etdiyimiz kollektiv çox güclü idi. Onları məğlub etmişiksə, deməli, motivasiyamızla, istəyimizlə buna nail olduq. Hazırkı Serbiya isə əvvəlki gücündə deyil. Heç kim də məğlubedilməz deyil.

- Həmin vaxt da rəqibin heyətində ulduz futbolçular var idi. Siz öz oyunçularınızı necə motivasiya edirdiniz?
- Hər insanın öz psixologiyası var. Komandanın içində olan baş məşqçi oyunçuların düşüncələrini də bilməlidir. Futbolçuların psixologiyalarını dəqiq bilirsə, onları inandırmalıdır. Oyunçular da baş məşqçinin inamını görməlidirlər. Öz inamlarını bir-birilərinə aşılamalıdırlar.

- Həmin tarixi oyunda xüsusi fərqləndirdiyiniz oyunçu var?
- Qələbəni faizlərə bölmürlər. Bizim hər futbolçumuz mübarizə aparırdı. Kimisə fərqləndirə bilmərəm. Məşqçilərin, rəhbərliyin, bir sözlə, hamının həmin qələbədə zəhməti var idi. Bakıdakı matçda qazandığımız qələbəyə görə azarkeşlərə böyük minnətdarlıq bildirirəm. Onların da böyük dəstəyi oldu. Komanda 0:1 hesabı ilə geridə idi. Lakin son dəqiqələrdə məsələ həll olundu. Fanatlar sonadək bizi dəstəklədirlər. Bu, bizim komandamızın qələbəsi idi. Meydanda olan hər futbolçuya təşəkkür edirəm.

- Lakin Serbiya mətbuatı qazanılmış nəticələrdə daha çox Qurban Qurbanovun oyununu qabardır. Siz necə düşünürsünüz?
- Qolları o vurmuşdu, hər halda onu deməlidirlər. Futbolda 11 yox, 18 nəfər oynayır. 11-i meydanda olsa belə, ehtiyatda olanların da qəlbi, ürəyi meydandadır. Qələbədə hamının zəhməti var. Kiminsə üzərinə atmaq düzgün deyil. Sağ olsun, Qurban Qurbanov qollarını vurdu. Amma təklikdə vurmadı ki... Komanda şəklində vurduğu üçün qalib də komandadır. Rəhbərlik, məşqçilər, azarkeşlər, həkimlər və s. hamısının əziyyətini silmək düzgün deyil.

- Qələbəyə görə komandaya AFFA rəhbərliyi tərəfindən mükafat verildimi?
- Əlbəttə. Məbləği açıqlamayacağam. Sadəcə onu deyə bilərəm ki, mükafat var idi.

- Nədənsə, həmin qələbəni xatırlayanda sizi yada salan olmur, daha çox futbolçuların adları çəkilir. Sizcə, bunun səbəbi nədir?
- Səbəbini mən də bilmirəm. Udanda komanda qalib gəlir, uduzanda isə baş məşqçi (gülür).

- Sizin üçün uğurlu olan sarı gödəkcə var idi. Serbiya və Monteneqro ilə görüşdə onu geyinmişdiniz?
- (gülür - red.) Xeyr. Həmin gödəkcə çoxdan yoxdur. İnanclar müxtəlifdir. Amma əsas məsələ inancla bağlı deyil. Əsas odur ki, kollektivi oyuna tam hazırlayasan. İnanclar və digər məsələlər boş söhbətlərdir.

- Hazırkı millini, 18 il əvvəlki komanda ilə müqayisə edə bilərsinizmi?
- Fikrimcə, bizim komanda indikilərdən çox təcrübəli idi. Təcrübəli futbolçularımız çox idi. Bir çoxları ölkə xaricində çıxış edirdilər. Həm serblərin, həm də bizim əvvəlki komandamız indikilərdən güclü idi.

- Baş məşqçi Canni De Byazi bugünkü matça görə hansısa məsləhət vermək istərdiniz?
- Mənim ona məsləhət vermək kimi bir istəyim yoxdur. Çünki təcrübəli mütəxəssisdir. Özü nə edəcəyini yaxşı bilir. Hər halda bu matçda əldə olunacaq heç-heçə və ya qələbə hava və su kimi lazımdır. Meydana çıxanlardan hər biri məsuliyyəti dərk etməli və özlərini oyuna hazırlamalıdır. Mən də Serbiya yığmasının oyununa baxmışam, əvvəlki ilə müqayisə belə olunmamalıdır. Bugünkü görüş millimizə böyük təkan verə bilər. Futbolçu hər bir qarşılaşmaya həlledici oyun kimi çıxmırsa, ondan nəticə gözləmək olmaz. 
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
22:20

"Qarabağ" növbəti transferini açıqladı - RƏSMİ

22:10

"Qarabağ" növbəti yoxlama oyununda qüvvəsini sınayıb

21:50

Türkiyəli gənc ulduza Avropa nəhəngləri elçi düşüb

21:15

"Liverpul"un sabiq futbolçusu yenidən İngiltərədə

20:45

"Arsenal"ın ulduzu "Fənərbağça" yolunda

20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X