13:51 01.04.2021 735

"Aleksey İsayev etdiyi hərəkətə görə peşmandır"

"Yığmanın oyunları ilə əlaqədar yaranmış fasilədən maksimum yararlanmağa çalışdıq. 6 futbolçumuz əsas, 2-si isə U-21 yığmasında idi. Amma hazırlıq prosesində olanların məşqə yanaşmaları mənim üçün çox sevindirici oldu".

Bu fikirləri "Report"a açıqlamasında "Sabah" komandasının baş məşqçisi Ramin Quliyev deyib.

40 yaşlı mütəxəssis yoldaşlıq görüşündə "Sumqayıt"ı 3:2 hesabı ilə məğlub etdiklərini xatırladıb: "Əsas heyətin 8 üzvü məşqlərimizdə iştirak etmirdi və bu səbəbdən bir az çətinlik yaranırdı. Çünki onlar bizim əsas oyunçularımızdır. Az da olsa, məşqlərdə istədiklərimizi futbolçulara aşılaya bildik. Həmin 8 oyunçu iki gündür məşqlərə qoşulub. Bu, bizə bir az çətinlik yaradır. Belə hallar komanda şəklində məşq üçün problemdir. Kollektivə yeni qoşulanları elə də tez yükləmək olmur".

Quliyev "8 komandalı çempionatda qarşıdakı 8 turdan gözləntiləriniz nədir" sualına belə cavab verib: "Hazırkı heyətlə 8-ci yerə layiq deyilik. Bunu hamı bilir. Çox yaxşı heyətimiz də var. Sadəcə, futbolda belə hallar olur. Qalan 8 turda maksimum dərəcədə bacardığımızı və əlimizdən gələnə edəcək, bu vəziyyətdən çıxmağa çalışacağıq. 8 komandalı çempionatda 2 tur ardıcıl qələbə qazananda fərqli mənzərə ortaya çıxır. Çünki aşağıdakı komandaların xal fərqi bir-biri ilə o qədər də böyük deyil. Qarşıdakı iki görüşdə qələbə qazanıb, gedişatı dəyişmək olar. Bacardığımız qədər yuxarıdakı pillələrə qalxmağa çalışacağıq".

Gənc baş məşqçi avrokuboklara vəsiqə qazanmağın mümkün olduğunu diqqətə çatdırıb: "Futbolda belə şeylər olur. Mən də baş məşqçi kimi onu qarşıma məqsəq qoyuram. Baxmayaraq ki, 8-ci yerdəyik və qarşıda 8 tur qalıb. Niyə də olmasın? Hər şey özümüzdən asılıdır. Nəticələr bizi ora apara bilər. Mənim də məqsədim var ki, ilk "4-lük"də olum".

Mütəxəssis göstərdiyi nəticələrlə özünü də sübut etmək istədiyini sözlərinə əlavə edib: "Bu gün rəhbərlik məni belə vəziyyətdə dəvət edib. Təyinatım açıqlananda müvəqqəti sözünü yəqin ki, görmüsünüz. XX turda "Qarabağ"a 2:0 hesabı ilə uduzduğumuz oyundan sonra da mətbuat konfransında dedim ki, mən yaxşı nəticə versəm, müvəqqəti sözünü oradan götürəcəyəm. İşim uğursuz alınsa, rəhbərliyin qərar vermək üçün vaxtı olacaq. Öz işimlə sübut etməliyəm ki, burada qalmalıyam və ya yox. Sözsüz ki, sonda qərarı rəhbərlik verəcək. Çalışacağam ki, fürsəti dəyərləndirim və vəzifəmdə qalım".

XXI turun "Qəbələ" ilə matçına da toxunan baş məşqçi 3 xal üçün meydana çıxacaqlarını vurğulayıb: "Bu gün və sabah artıq tam heyətlə oyuna hazırlaşacağıq. Komandada əhval-ruhiyyə yüksəkdir. Rəqibi öz meydanımızda qəbul edəcəyik. Xırda da olsa bu, bizim üçün üstünlük olmalıdır".

Quliyev "Sabah"ın futbolçularının əsas yığmada az forma şansı qazandığını etiraf edib: "Meydana niyə az çıxdıqlarını deyə bilmərəm. Komandaya qayıdanlardan zədəli futbolçu yoxdur. Bəhlul Mustafazadənin yüngül zədəsi var, amma məşqlərdə iştirak edir. Sadəcə, yığmanın 3 görüşdə məğlub olması oyunçulara psixoloji təsir edə bilər".

Baş məşqçi yığmanın düşərgəsindən qayıdan Aleksey İsayevin instaqramda Erik Avetyan adlı erməni istifadəçiyə "qardaş" deməsinə də münasibət bildirib. O, futbolçu ilə söhbət apardığını, amma klub tərəfindən hansısa cəzanın verilmədiyini sözlərinə əlavə edib: "Bütün olanlardan xəbərim var. Bununla bağlı dünən onun özü ilə fərdi söhbət etdim. Özü səhvini başa düşüb, paylaşımını silib, etdiyi hərəkətə görə peşmandır. Biz də bildirdik ki, belə şeylər yolverilməzdir. Ona dedik ki, gələcəkdə belə hallara xüsusi fikir verməlisən. O da mənimlə söhbətdə səhvini qəbul etdi".
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X