19:34 04.04.2021 758

Samir Abasov: "Bərbad alındı"

"Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
 
Fanat.Az xəbər verir ki, o, 0:2 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında belə danışıb:
 
"Məğlub olandan sonra danışmaq çətindir. Amma danışmalıyıq və düzünü deməliyik. Futbolçuların günahı yoxdur. Rəqibi təbrik edirik. Düşən şanslardan yararlandılar. Oyuna kimi olan proseslərdən danışmaq istəyirəm. Qış toplanışından sonra "Səbail"lə oynadıq, 0:1 hesabı ilə geriyə düşdük. Bərbad oynadıq, amma oyunçuların fərdi keyfiyyətlərinə görə qələbə qazandıq. Yenə iki həftəlik fasilə oldu və "Zirə"yə uduzduq. Belə məğlubiyyət məşqçi heyətinin günahıdır. Futbolçuları yetərli qədər hazırlaşdıra bilmədik. Problemimiz "Sumqayıt" deyil. İyirmi günlük fasilədən sonra komandanı yaxşı hazırlaya bilmədik. Məşqçilər korpusu olaraq bunun öhdəsindən gələ bilmədik. Bu, bizə zərbədir. Təəssüf ki, bununla üzləşdik. Futbolçularda motivasiya var idi, amma intizamsız oyunları bizi üzdü... Əlbəttə, yığmaya çağırılanlar komandaya gec qoşuldu... Amma 23 futbolçunun heç birində zərrə qədər günah görmürəm".
 
Abasov komandada aqressivliyin olmaması ilə razılaşmayıb: "Bəlkə də daha çox idi. Ona görə intizamdan qopduq. Udmaq üçün nə etmədilər? Hər şey etdilər. İyirmi günlük fasilədən düzgün istifadə etmədik".
 
O, görüşdən sonra rəqib baş məşqçi ilə görüşməməsinə də toxunub: "Onunla aramızda inciklik yoxdur. Tez meydana girdim ki, uşaqları sakitləşdirim. Ayxan müəllimlə münasibət qaydasındadır".
 
Abasov yaponiyalı oyunçu Keysuke Honda haqqında çox danışmaq istəməyib: "Bu gün hansısa oyunçudan xüsusi danışmaq istəmirəm. Üzücü olan komandanın oyunu idi, onun içində Honda da var idi".
 
Mütəxəssis bildirib ki, bu gün başqa kollektivlə oynasaydılar belə, yenə məğlub olacaqdılar: "Sumqayıt" yox, hansı komanda olsaydı, uduzacaqdıq. Bu gün özümüzə qarşı oynadıq, bərbad alındı. "Neftçi" olaraq qələbə qazanmağa məhkumuq. Biz qəbul edirik ki, oyunumuz əla deyil. "Sumqayıt"a qarşı 20 günlük fasiləni dəyərləndirə bilmədik. Həddindən artıq boşaldıq".
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

Facebookdan bizi izləməyi unutmayın.
X