15:28 06.04.2021 1121

De Byazisayağı xaos

Premyer Liqamızda "Neftçi"nin "Sumqayıt"a yenilərək çempionluq yolunda ciddi zərbə alması, "Qarabağ"ın heç-heçə sayəsində liderliyi ələ keçirməsi öz yerində, milli dərdi yaddan çıxmır. Seçməmiz son 3 oyunun hamısını uduzandan bəri baş məşqçi Canni De Byazi gözümdə lap cılızlaşıb.

Təbii, AFFA-nın onu baş məşqçi postuna gətirəcəyini hələ digər namizədlərin də adları hallanan dönəmdən bilirdim. Bizimkilərin razılığını öncədən aldığı yeganə çalışdırıcı elə De Byazi idi. Açığı, bu italiyalını heç vaxt bəyənməmişəm. Futbolun dərinlikləri ilə maraqlanmayanlar Albaniya yığmasının sözügedən çalışdırıcının rəhbərliyi altında AÇ-2016-ya vəsiqə qazanmasını əsas gətirir.

2014-cü ildə Albaniyanın yerli futbol idarəçiləri düzgün yolu tapmışdı. Həmin vaxt artıq Kosovo albanları tarixi vətənlərinin əsas millilərində forma geyinirdilər. Yığmalardakı Kosovo albanlarının sayı 2014-cü il üçün 14 idi.

Məhz yerli futbol federasiyasında çalışanların uğurlu siyasəti nəticəsində kosovolu albanlar millini döyüşkən kollektivə çevirmişdi. O komanda DÇ-2014-ə sadəcə, təcrübəsizlik üzündən vəsiqə qazana bilməmiş. Seçmə mərhələnin ilk 6 turundan sonra qərarlaşdırdığı zirvəni əldən vermişdi. Həmin heyətdə Albaniya yığmasını seçməyən albanlar - Adnan Yanuzay (Belçika), Xerdan Şakiri və Qranit Caka (İsveçrə) olsaydı, yəqin, daha böyük nəticə ilə yadda qalardılar.

Ölkə xaricində 80 albanın top qovması uğurun o qədər də uzaqda olmadığını söyləməyə əsas verirdi. Qismətdən De Byazi də baş məşqçi postunda idi. İtaliyalı özəl yanaşma tələb edən mentalitetə sahib albanlarla dil tapa bildi. Bu, onun ən böyük uğuru idi. Geniş seçim imkanı fonunda "məsləhətli don biçən" De Byazi potensialı ilə hədəfi düz mütənasib olan yığmanın baş məşqçisi postunda AÇ-nin final mərhələsini gördü.

Mövcud durumda yuxarıda sadaladıqlarımın heç birinin bizim futbol təsərrüfatına heç bir aidiyyatı yoxdursa, deməli, De Byazinin bizim millilərə nə isə qazandıracağını ummaq absurddu. İtaliyalının istər Qətərlə sınaq matçında (1:2), istərsə də seçmə mərhələnin Portuqaliya (0:1) və Serbiya ilə (1:2) ortaya qoyduğu oyun modeli işə yaramadı.

6 müdafiəçi ilə rəqiblərinə başağrı olmağı planlaşdıran De Byazi bütün oyunlarda son nəticədə yenilən tərəf oldu. Bütün futbolçuları yerli çempionatdan çağıran mütəxəssisin Premyer Liqanın bombardiri Namiq Ələsgərovu və Rəhim Sadıxovu serblərlə görüşdə "23-lüy"ə salmaması isə böyük mübahisələrə meydan verdi.

Həmin Rəhim son turda lider "Neftçi"nin qapısına 2 top vuraraq komandasına qələbə qazandırdı. Namiq isə sanki millinin baş məşqçisinin qərarından sonra sarsılmışdı. Adam bəlkə də öz-özünə "çempionatda 14 top vurduğum, "Neftçi"ni ən önəmli qollarla liderliyə yüksəltdiyim mövsümdə milliyə layiq deyiləmsə, çalışmağa dəyməz" deyib boşalmışdı.

İstər vəlvələdən olsun, istər zəlzələdən. Bildiyim budu ki, Millətlər Liqasında da bir işə yaramayan De Byazi bu günədək nə etmək istədiyini ortaya qoya bilməyib. Əks-hücum taktikası ilə mübarizə apardığı görüşdə ölkənin ən sürətlilərinə heyətdə yer verməyən avropalının indiyəqədərki fəaliyyəti təəssüf və pis mənada təəccüb doğurur.
 
Bəziləri De Byazinin gəncləşdirmə siyasətini əldə bayraq edərək mütəxəssisə qahmar çıxa bilər. Ancaq bu da tutarlı arqument sayıla bilməz. Əvvəla, onun gənc dedikləri təcrübəlilər olmadan nəyisə edə biləcək adlar deyil. Digər tərəfdən, milliyə az da olsa, köməyi dəyə biləcək təcrübəlilər "istismar müddəti bitməmiş" zibil qutusuna atılır axı...
 
Yaxşı, tutaq ki, təcrübəlilər zəifdi, De Byazi işə yarayacaq biridi... Buyursun, gəncləşdirsin... 

Nəyi pisdi ki? Komandanın qalib ruhlu gənclərə həmişə ehtiyacı var. Amma 28-38 yaşlı təcrübəliləri kənarda qoyub 25 yaşlı milli təcrübəsi olmayanları oynatmaq da bir iş deyil... Bu nəsil dəyişikliyi sayılmır. Yeni təcrübə metodudu. Çünki De Byazinin veteran statusu verdikləri arasında "qoca" yoxdu. Əksinə, hərəsi özü boyda təcrübədi. Riçard Almeyda, Dmitri Nazarov, Pavel Paşayev, Eddi İsrafilov kimi yarımazərbaycanlılar milli ruhun möhkəmləndirilməsi hədəfi ilə daha milliyə çağırılmırsa, onda erməniyə "qardaş" deyən Aleksey nə axtarır? Autsayder "Sabah"ı "quyunun dibi"nə atdığı üçün heyətdə qalır, yoxsa erməni qardaşı ilə yazışmanı sildiyinə görə? Və ya İsrafilovun Anatoli Nuriyevdən hansı milli damarı əskikdi?

Nə yazıq ki, milli haqda düşündüklərimi dilə gətirəndən sonra nikbin ola bilmirəm. De Byazi düşündüyümdən də fərasətsiz çıxdı. Oyun və nəticə bir yana, futbolsevərlər heç 3 oyunda 3 ümid cücərtisi də görmədi. Ümidverici çıxış fonunda xalsız qalmaq başqa şeydi, az top buraxmaq planıyla meydana buraxılan seçmənin canıyla əlləşib uduzması başqa... 

Əlbəttə, millidə yerli baş məşqçilərin çalışmasının tərəfdarı kimi Canni müəllimin də indiki postunda olmasını arzulmazdım. Amma tsiklin əvvəlində alınan iki "yaxşı hesablı" yenilgiyə görə bayıra atılacağını da güman etmirəm. Elə buna görə də, oturub apardığı təcrübəni müşahidə edirəm. Özünü doğrultmağı bacarmayan italiyanın bizi hansı təcrübələrə qonaq edəcəyini tezliklə görmək ümidi ilə... İndiki durumda başqa nə arzulayım?
 
Nihat
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib.

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

Facebookdan bizi izləməyi unutmayın.
X