Sabah Premyer Liqada XXIV turun oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, "Keşlə" bu turda "Səbail"i qəbul edəcək. Bu komandalar arasında Premyer Liqada 15-ci görüş olacaq.
İndiyədək baş tutan oyunlarda "Səbail" 7, "Keşlə" 3 qələbə qazanıb. 4 görüşdə qalib müəyyənləşməyib. "Səbail"in 17 qoluna "Keşlə" 12 dəfə cavab verə bilib.
"Səbail" son 6 oyunda uduzmur. "Keşlə" isə son 5 ev qarşılaşmasında xala həsrət qalıb.