Birinci Divizionda XIV turdan təxirə salınmış bir oyun keçirilib.
Fanat.Az xəbər verir ki, "Sabah” və "Keşlə”nin əvəzediciləri üz-üzə gəlib.
Binə qəsəbə stadionunda keçirilən oyunda qapılara dörd qol vurulub. "Sabah”ın ikinci komandası bu oyundan inamlı qələbə ilə ayrılıb.
Bu qələbədən sonra "Sabah-2” 41 xalla dördüncü, "Keşlə-2” isə 24 xalla yeddincidir.
Birinci Divizion
XIV turun oyunu
28 aprel
Sabah-2 – Keşlə-2 3:1
Qollar: Camal Cəfərov, 21; 37. Kamran Quliyev, 65 - Emin Quliyev, 43.
Hakimlər: Namiq Bəkirov, Teymur Teymurov, Tərlan Talıbzadə, Kamranbəy Rəhimov.
Binə qəsəbə stadionu, 16:00.
Fanat.Az