13:31 29.04.2021 722

“Sabah” – “Neftçi” oyununun hakimi üçün mövsum bitdi?

Keçmiş FİFA hakimi, "Neftçi” klubunun sabiq vitse-prezidenti Tahir Süleymanov Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində keçirilən "Sabah” – "Neftçi” matçı (2:2) ilə bağlı fikirlərini bildirib.

Fanat.Az xəbər verir ki, Süleymanov görüşün baş hakimi Vüqar Həsənli üçün mövsümün bitdiyini deyib:

"Azərbaycan hakimlik məktəbi dünyada ən yaxşılardan olub. Bu gün də bacarıqlı hakimlərimiz var və bundan sonra da olacaq. Yetər ki, onlarla düzgün iş aparılsın, inkişafları təmin edilsin. "Sabah” – "Neftçi” matçı haqqında son günlər çox danışılıb, epizodlar müzakirə edilib. Elə görüşlər olur ki, hakim 90 dəqiqədə bir yaddaqalan səhvə yol verir. Bu oyunda səhvlər davamlı idi. Bildiyiniz kimi, cəzalar açıqlanmır. İctimai təzyiqlərin azalması üçün AFFA hakimliklə bağlı araşdırma açıqlamasını da verdi.

Vüqar Həsənli üçün çempionatı erkən bitmiş saymaq olar. Əsas, səhvlərindən nəticə çıxarmasıdır. Psixoloji olaraq çempionatın sakit məcrada keçməsi hakimlərdə aşırı rahatlıq yaradıb. Səhvlər etməklə yanaşı, komandaların, futbolçuların xoş münasibətinin qarşılığını vermək əvəzinə üzərlərinə gedirlər, meydanda bəzi hallarda özlərini cəllad kimi aparırlar. Hakim ilk öncə psixoloji hazırlıqla yanaşı, meydanda pedaqoq olmalıdır. Türkiyədə məşqçiyə də, hakimə də hörmət mənasında hoca deyilir. Hakimlər oyunlarda müəllim olduqlarını unutmamalıdırlar!”

Tahir Sülyemanov Azərbaycan Premyer Liqası matçlarının idarəçiliyi haqda da fikirlərini bildirib:

"Çempionata hakim idarəçiliyi baxımından yanaşılsa, son illər ən rahat çempionatlar keçirilir. İddialı klubların sayı minimuma enib, bölgə komandaları dağıdılıb, əvvəlki illərdəki kimi rəqabət, ajiotaj, dolu tribunalar, hakimlərə psixoloji təzyiq yoxdur. Müasir stadionlar, təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Klubların çoxu AFFA xətti ilə maliyyələşir, komandaların əksəriyyətinə nə məsləhət görülsə, əlaltı klub rəsmiləri tərəfindən "baş üstə” cavabı alınır. Belə şəraitdə yaxşı hakimlik etməmək üçün gərək hakim olmayasan. Hətta bu durumda belə, idarəçiliklə bağlı haqlı etirazlar səslənir, oyunlarda qalmaqallar yaşanır. Bəzi matçlardakı idarəçiliklə əvvəlki illərdə hakimlər meydançanı, stadionu tərk edə bilməzdilər”.
 


Keçmiş referi, hakimliklə bağlı problemlərə cavabdehin AFFA Hakimlər Komitəsinin olduğunu bildirir. Süleymanov, avstriyalı Frits Stuxlikin qurumun yeni sədri olmasından sonra da hakimlərin işində ciddi irəliləyiş olmadığını deyir:

"Hər bir sahənin cavabdehləri var. Problemə hansısa bir oyundakı hakim səhvləri prizmasından yanaşmaq doğru olmaz. Qış fasiləsindən öncə də narazılıqlar var idı, indi də davam etməkdə, çoxalmaqdadır. Kubokda bəzi klublar hakim haqsızlıqları ilə üzləşib kənarda qaldılar. Çempionat finişə doğru istiqamət aldıqca, hər xalın önəmi artdıqca, oyunlara hakim təsiri də çoxalır.

Hakim və İnspektorlar Komitəsində dəyişiklik baş verdikdən sonra heç bir ciddi irəliləyişə nail olunmayıb. Struktur dəyişikliyi tənzimlənsə də, yaradılan şəraitdən istifadə edilməyib. Komitəyə rəhbər gətirilən avstriyalı Stuxlik bu illər ərzində ancaq özünü düşünüb. Hiss olunur ki, kollektivdə sağlam atmosfer də çatışmır. Nəsil dəyişməsi təbii rəqabət şəraitində yox, fərqli kriteriyalarla aparılır. Təcrübəli hakimlərə bu qədər etinasızlıq göstərmək yolverilməzdir. Rəqabət nə qədər aşağı düşsə də, aparıcı, güclü klubların sayı azalsa da, çempionatı eksperimentlər məkanına çevirmək yanlış addımdır. Gəncləri birdən-birə məsul oyunlara təyin edib yandırmaq olmaz. Belə hallar oyunlarda çox baş verib. Bəzi hakimlər sınıb, bəziləri səhvlərdən, tənqidlərdən nəticə çıxarıb.

Böyük futbolda xırdaçılıq olmur. Oyunlarda tanımayanlar və ya ekran qarşısında əyləşənlər 4-cü hakimləri seçməkdə çətinlik çəkirlər. Hakimlər texniki zona ətrafında klub nümayəndələrindən seçilmirlər. Formalarda adi "AFFA” sözü belə, yazılmayıb. Federasiyanın pulu tükənib? Stuxliklə bağlanılan müqavilənin bir faizi bu tipli məsələlərin həll üçün kifayətdir. Pandemiya ilə bağlı son bir ili çıxmaq şərtilə, təlim-məşq toplanışları da lazımi səviyyədə keçirilmir. Təəssüf ki, avstriyalının dilimizə, mentalitetimizə münasibəti, Avropa "mədəniyyət”ini futbola gətirməsi bir başqa bəladır. Yəqin bu "keyfiyyətlərinə” görə bitmiş müqaviləsi uzadıldı”.
 
Mənbə: Komanda.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

16:01

MPL: 35-ci tur start götürür: Heyətlər bilindi - YENİLƏNİR

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

Facebookdan bizi izləməyi unutmayın.
X