21:25 08.05.2021 768

"Keşlə"nin baş məşqçisi: "Gərək, futbolçular üzülməsinlər"

"Oyuna nəzarət tam olaraq bizdə idi. Amma qol imkanlarından istifadə edə bilmədik. Halbuki məşqlərdə bunun üzərində işləmişdik. Tapşırıqları yerinə yetirdiklərinə görə futbolçularımı təbrik edirəm".

Fanat.Az xəbər verir ki, bu fikirləri "Keşlə" klubunun baş məşqçisi Sənan Qurbanov evdə "Sumqayıt"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVI tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis bildirib ki, üstünlük komandasının tərəfində olsa da, qələbəni qonaqlar qazanıblar: "Futbolda belə hallar olur. Gərək, futbolçular üzülməsinlər. Düzdür, yaxşı oynadığın matçdakı məğlubiyyəti başa düşmək çətindir. Amma artıq bu görüşü unutmalıyıq. Qarşıda daha 2 oyunumuz var. Eyni zamanda, kubokun finalındayıq. Bunlar bizim üçün çox önəmli matçlardır. Bütün futbolçuları psixoloji cəhətdən oyuna hazırlamağa çalışacağıq".

Qurbanov birinci hissədəki top itkilərinin oyunlarına mənfi təsir etdiyini söyləyib: "Qapımız qarşısında təhlükəli əks-hücumlar gördük. Daha çox meydanın rəqibə aid hissəsində oynadığımızdan mümkün qədər uzun paslardan istifadə etməməyə çalışırdıq. İkinci hissədə isə topa daha çox sahib olduq. Abanqın əvəzlənməsini səhv qərar hesab etmirəm".

Baş məşqçinin sözlərinə görə, komandası mövsümü titulla başa vura bilər: "Bunun üçün pozitiv olmalı, oyunumuzdan həzz almalıyıq. Həmçinin səhvləri aradan qaldırmaq üçün onların üzərində işləmək lazımdır".

Mütəxəssis Sezar Meza Kollinin "Neftçi" ilə anlaşmasına dair çıxan xəbərlərə də aydınlıq gətirib: "Meza Kolli bacarıqlı futbolçudur. Ona təklif gəlməsi normaldır. Amma hazırda bizimlə müqaviləsi davam edir. Finalda da "Keşlə" ilə birlikdə olacaq. Yalnız həmin matçın final fitindən sonra onunla bağlı qərar veriləcək. Başqa istedadlı oyunçularımıza da təklif ola bilər. Həmin futbolçuları komandada saxlamağa çalışacağıq. Hələlik real vəziyyət budur".

Qurbanov "Sumqayıt"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final matçına da toxunub: "Rəqib yaxşı komandadır. Bunu hamımız bilirik. Bugünkü görüş bizim üçün də yaxşı material oldu. Final matçında bir-birimizə qarşı planlarımız olacaq". (Report.az)
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

Facebookdan bizi izləməyi unutmayın.
X