Millimizin hücumçusu Anatoli Nuriyev "Minay”dan ayrıla bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Meta-ratings" nəşri məlumat yayıb.
Xəbərə görə, buna səbəb komandanın Premyer Liqanı tərk etməsidir.
Nuriyevin Ujqorod təmsilçisi ilə olan müqaviləsində belə bir maddə var ki, klub aşağı liqaya düşəcəyi təqdirdə, oyunçu azad agent statusu alacaq. Futbolçunun xidmətində maraqlı olan "Kolos" bundan yararlanaraq, Nuriyevi heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, 25 yaşlı hücumçu bu mövsüm Ukrayna çempionatında 24 oyun keçirib və 10 qol vurub.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol