"Neftçi” klubu fiziki hazırlıq üzrə məşqçi Eduardo Karo ilə müqavilənin müddətini uzadıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispan mütəxəssislə anlaşma daha 1 il müddətinə artırılıb. İspaniyalı mütəxəssis 2021/2022 mövsümünün sonunadək postunda qalacaq.
Qeyd edək ki, Karo "Neftçi”də 2021-ci ilin yanvarından çalışır.
Fanat.Az