"Neftçi” klubu futbolçusu Bruno Teluşi ilə yolları ayırıb.
Fanat.Az-ın məlumatına görə, albaniyalı dayaq yarımmüdafiəçisinin başa çatan müqaviləsi yenilənməyib.
Ölkə çempionu futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Bruno Teluşi ötən ilin oktyabrında "ağ-qaralar"a keçib və 9 oyunda meydanda olub.
Fanat.Az