Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın "Legiya” klubuna transferindən danışıb.
Fanat.Az xəbər verir ki, 23 yaşlı futbolçu yeni klubunun rəsmi saytına açıqlamasında bunu deyib:
"Legiya”ya keçidimin əsas səbəbi bu komandanın daim titul uğrunda mübarizə aparması və avrokuboklarda çıxış hesabına inkişaf etmək istəyidir. Polşa çempionatı Azərbaycan Premyer Liqasından daha yaxşıdır. Bilirəm ki, burada oynamaqla bacarıqlarımı artıracağam. Komanda yoldaşlarımla məşqlərdə iştirak etməyi böyük səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Emreli bu gün "Legiya” ilə 3+1 illik müqaviləyə imza atıb.
Fanat.Az