"Komandanın Bakı toplanışı bu gün başa çatır".
Bu sözləri Fanat.Az-a "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiyev klubun hazırlıq planı ilə bağlı danışarkən deyib. O bildirib ki, sabah təlim-məşq toplanışının ikinci mərhələsi üçün Sloveniyaya yollanacaqlar.
Paytaxt klubunun sözcüsü açıqlamasında yeni transferlərlə bağlı danışıqlar getdiyini də vurğulayıb: "Toplanış çərçivəsində yoxlama oyunu keçirəcəyimiz rəqiblərin adı bəllidir. Sadəcə tərəflərlə rəsmi müqavilə bağlamadığımıza görə adlarını açıqlamaq hüququmuz yoxdur. Transfer məsələsi isə təbii ki, gündəmdədir. Hazırda danışıqlar gedir. Rəsmiləşən kimi məlumatı açıqlayacağıq. Ancaq hazırda komandada sakitçilikdir".
Qeyd edək ki, son ölkə çempionu "Neftçi" bu il Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək. Paytaxt təmsilçisi "səpələnməmişlər" səbətində yer alıb. İlk 2 təsnifat mərhələsinin püşkü iyunun 15-16-da atılacaq.
Röya