19:09 15.06.2021 882

Rusiyanın qənimi Ukraynanı nədə üstün görür? - AÇIQLAMA

Rusiya millisindən danışanda azərbaycanlı futbolsevərlərin yadına ilk olaraq Vaqif Cavadov düşür. Moskva MOİK-ində futbolun sirlərinə yiyələnəndən sonra "Qarabağ"a keçən Vaqif şimal qonşularımızın Azərbaycandan qələbə ilə dönməsinə iki dəfə mane olub. DÇ-2010-un seçmə mərhələsi çərçivəsində baş tutan oyunda İqor Akinfeyevin qapısına yol taparaq yığmamızı yenilgidən xilas edən Cavadov DÇ-2014-ün seçmə mərhələsinin oyununda da uzatma dəqiqələrində başla fərqlənərək təmsilçimizə xal qazandırıb.
 
Hazırda davam edən AÇ-2020-nin iştirakçılarından olan Rusiya yığmasının çıxışı ölkəmizdə də diqqət mərkəzindədir. Millimizin sabiq hücumçusundan ruslarla qitə birinciliyinin postsovet məkanından olan digər iştirakçısını - Ukraynanı müqayisə etməsini istədik. 
 
Niderlandda "Tvente"nin, Rusiyada "Volqa"nın formasını geyinmiş veteran futbolçunun Fanat.Az-a verdiyi açıqlama belə oldu:

"Rusiya Belçikaya 0:3 hesabıyla uduzub, Ukrayna Niderlanda məğlub olub - 2:3. Belçika turnirin favoritlərindən biri sayılır. Sankt Peterburqdakı oyunda rusların məğlub olması belə desəm, gözlənilən idi. EYəni qeyri-adi nə isə baş vermədi. Bəlkə də üç qol bir az çox oldu. Hər halda doğma meydan amilindən istifadə edə bilərdilər...
 
Əslində Niderland da sıradan komanda deyil. Ukrayna sona yaxın 2 topluq fərqi aradan qaldırsa da, hollandlar ümumi götürsək, üstün tərəf idi. Bu iki keçmiş SSRİ ölkələrinin yığmalarını müqayisə etsək, Ukraynanın bir əsas komponentdə üstün olduğunu görərik. Andrey Şevçenkonun qurduğu heyətdə ölkə xaricində çıxış edən adlar görürük. Həm də Ukrayna yığmasında gənclərin sayı çoxdu. Yəni Rusiya çempionatı daha güclü olsa da, xaricdə oynayanların hesabına ukraynalılar fiziki cəhətdən hazırlıqlı, sürətli heyətlə mübarizə aparır. Maraqlıdı olan budu ki, hər iki yığmanın müdafiə planında səhvlərini izləmişik. Əlbəttə, bir oyunla hər şeyi görə bilmərik. Öz qruplarındakı ikinci oyunlarını keçirəndən sonra bu komandaları daha dəqiq müzakirə edə biləcəyik".
 
Rusiyanın qapısına rəsmi matçlarda iki önəmli və baxımlı qol vurmuş Cavadov şimal qonşularımızı darmadağın edən Belçikanın ən bəyəndiyi qolunu da açıqladı:
 
"Birinci topda müdafiə xəttinin, ikincidə isə həm müdafiəçilərin, həm də qapıçının səhvi var idi. Yəqin ki, çoxları mənimlə razılaşar. Həmin oyunda dubl edən Romelu Lukakunun imza atdığı üçüncü topu seçirəm". 
 
Fanat.Az
 
 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

Facebookdan bizi izləməyi unutmayın.
X