Polşanın "Legiya” klubunun baş məşqçisi Çeslav Mixneviç yeni transfer Mahir Emrelidən danışıb.
Fanat.Az xəbər verir ki, yerli mətbuata müsahibə verən 51 yaşlı mütəxəssis millimizin hücumçusu barədə fikirlərini bölüşüb.
"Mahir Emreli artıq xeyli müddətdir bizimlə birlikdədi. Mahir komandaya sürətli şəkildə uyğunlaşdı, bir neçə dil bilir və kollektiv də onu qəbul etdi. Oyunu yaxşı oxuma bacarığı var, yüksək motivasiyaya və sürətli texnikaya malik futbolçudur. Yəni sıradan hücumçu deyil”.
Qeyd edək ki, Mahir Emreli "Legiya” ilə 3+1 illik müqavilə imzalayıb.