"Neftçi” futbolçusu Rener Alves De Souza ilə yolları ayırıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, ötən ilin yayında "Neftçi”yə keçmiş 20 yaşlı oyunçu rəsmi matçda meydana çıxmayıb.
Fanat.Az