Son iş yeri Moskva "Lokomotiv"i olan Yuri Syomin Rusiya - Ukrayna matçının təşkil edilməsiylə bağlı suala cavablandırıb.
Fanat.Az xəbər verir ki, 2013/2014 mövsümündə "Qəbələ"ni də çalışdırmış rus mütəxəssis RT-yə açıqlamasında belə danışıb:
"Rusiya ilə Ukrayna millilərini müqayisə etmək istəmirəm. Futbol meydanında qarşılaşsalar, hansının güclü olduğunu görərik. Aropa çempionatında Hər ikisi qrupda 3 xal qazana bilsə də, Ukrayna 1/8 finala çıxdı. Digər tərəfdən, fakt budur ki, qonşularımızın nəticəsi var. İdmanda əsas olan da budur. Bu gün İsveçi udsalar, ciddi nəticəyə imza atmış sayılacaqlar. Məncə, onlar qitə birinciliyinə fiziki cəhətdən daha yaxşı hazırlaşıb.
Tərəflər arasında matç təşkil edilməsinə müsbət yanaşıram. Bu görüşü keçirmək istəyi realdırsa, mütləq lazımdır. Əminəm ki, hər iki tərəfin futbolçuları bir-birinə qarşı məmnuniyyətlə oynayacaqlar. Rəsmi qarşılaşma baş tutsaydı, əla olardı. Açığı, yoldaşlıq görüşünün alınacağına inamım azdır".
Atilla