09:00 30.06.2021 692

Futbolun İnkişafına dair Dövlət Proqramının II hissəsinə ehtiyac varmı? - Yaşar Seyidov şərh edir

Azərbaycanda 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramına start verilən zaman ölkə çempionatı bu yola 14 komanda (əksəriyyəti bölgə təmsilçisi) ilə çıxsa da, proqramın son illərinə doğru komandaların bəziləri müxtəlif səbəblərdən dağıldı və Premyer Liqamızda cəmi 8 iştirakçı (6-sı Bakı təmsilçisi) qaldı. 

Biz hələ sadəcə, ölkə çempionatından misal çəkdik. Dövlət Proqramının tərkibində ancaq yüksək dəstədə çıxış edən klubların inkişafı yox, millimiz, I Divizion, uşaq futbolu, qadın futbolu, bir sözlə, "Azərbaycanda futbolun inkişafı" nəzərdə tutulmuşdu. 

Bəs bu 10 illik Dövlət Proqramı Azərbaycan futboluna nə qazandırdı? Proqramın 2005-2015-ci illəri əhatə edən dönəmində nələrdən yararlana bilmədik? İkinci belə bir Dövlət Proqramına ehtiyac varmı? 

Fanat.Az bu sualları idman ictimaiyyətinin tanınan simalarına ünvanladı. Müraciət etdiklərimiz həm suallarımızı cavablandırdılar, həm də öz təkliflərini açıqladılar. 

"Bakı" FK-nın sabiq vitse-prezidenti Yaşar Seyidovun fikirlərini təqdim edirik: 

"Bildiyiniz kimi, 2005-ci ilin oktyabrın 10-da ölkə prezidenti İlham Əliyev 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramının təsdiqi haqqında sərəncam imzaladı. Bu proqramın hazırlanması, ərsəyə gəlməsində o vaxt biz - futbol mütəxəssisləri yaxından iştirak etdik. Həmin proqramda bir sıra maddələr, müddəalar, futbolun inkişafı üçün lazım olan məsələlər öz əksini tapmışdı. 

"Bu proqram bizim futbolumuza nə verdi" məsələsinə gəldikdə isə əsas istiqamətlər belə idi:

Təhsil müəssisələrində, əhalinin yaşayış yerlərində futbol infrastukturunun yaradılması;
Təhsil müəssisələrində futbol üzrə tədris proqramlarının işlənib hazırlanması;
Futbol üzrə metodik vəsaitlərin hazırlanması;
Ümumtəhsil, orta ixtisas və ali məktəblərdə futbol bölmələrinin açılması;
Şagird və tələbələr arasında futbol üzrə çempionatların təşkil edilməsi;
Məhəllə komandaları arasında futbol üzrə yarışların keçirilməsi;
Uşaq və gənclər üçün internat məktəblərində qadın futbolu üzrə tədris qruplarının yaradılması;
Ölkənin bütün bölgələrində istedadlı uşaqların tapılıb üzə çıxarılması, onların futbol üzrə ixtisaslaşdırılmış internat məktəblərinə yerləşdirilməsi və həmin internat məktəblərinin yaradılması;
Milli yığma komandaların beynəlxalq yarışlarda, Avropa və dünya çempionatlarında, Olimpiya oyunlarında, klub komandalarının isə Avropa turnirlərində iştirakının yüksək səviyyədə təmin olunması; 
AFFA-nın nəzdində müasir avadanlıqla təsis olunmuş tibbi bərpa mərkəzlərinin yaradılması;
Futbol üzrə mütəxəssislərimizin hazırlanması, sistemli şəkildə təkminləşdirilməsi;
İdmanın və kütləvi şəkildə futbolun təbliğ edilməsi;
Klublarla beynəlxalq əlaqələrin genişləndirilməsi  və sair. 

Gördüyünüz kimi, futbolun bütün istiqamətlərinin inkişafı ilə bağlı hər şey nəzərə alınmış, hərtərəfli hazırlanmışdı. Misal üçün deyək ki, hər hansı bir klub maliyyə cəhətdən problem yaşayardısa, həmin kluba AFFA tərəfindən kömək edilməsi və digər sponsorların cəlb olunması kimi bütün məsələlər burda öz əksini tapmışdı. 

Qaldı ki, bizim bu Dövlət Proqramından necə istifadə etdiyimizə, deyərdim ki, problemlər çox oldu. Futbol klublarının özünün daha mükəmməl idarə olunması, onların yenidən dövlət qeydiyatına alınıb infrastrukturlarınn yaradılması, maliyyə məsələləri, sponsorların cəlb olunması kimi məsələlərdə hər şey arzulanan səviyyədə deyildi. Bu üzdən bir sıra klublar ölkə çempionatının gedişində, o cümlədən, bizim "Bakı" da çıxışını dayandırdı və beləcə futbolumuzda tənəzzül dövrü başladı. 

Düşünürəm ki, yenidən Futbolun İnkişafına dair Dövlət Proqramının hazırlanması çox müsbət hal olardı. Nərəzə alaq ki, bu gün uşaq və gənclər futbolu çox çətin durumdadır, regionlarda futbolun inkişafı ilə bağlı problemlər var, çempionatda iştirak edən komandaların sayı azdı. Onların arasında cəmi bir region komandası var... Yeni proqram qəbul olunarsa, futbol olan regionlarda infrastuktur və komandaların yaradılması üçün dövlət tərəfindən ayrılan vəsaitin düzgün istiqamətləndirilməsi, layiqli futbol mütəxəssislərinin işə cəlb olunması, futbolumuzun inkişafını təmin edəcək lahiyələrin hazırlanması kimi məqamlar diqqətdə saxlanılmalıdı. Belədə, istedadlı gənclərin üzə çıxacağına, onların milli komandanın heyətində böyük uğurlar qazanacağına inanıram. 

O cümlədən, klublarımızın Avropada inkişaf etmiş ölkələrin futbol klublarıyla əməkdaşlığı, klublarımıza sponsorların cəlb olunması, maliyyə çətinliyi yaşayan klublara hökümət tərəfindən maddi köməklik göstərilməsi, onlara torpaq ayrılması, tikinti üçün icazə verilməsi, futbolun inkişafı ilə bağlı sahibkarlara güzəştli kreditlərin ayrılması kimi məsələlər də nəzərə alınsa, futbolumuzun ikinci inkişaf dalğası baş verəcək. Sözsüz ki, bütün bunların hazırlanması üçün yenə də futbol mütəxəssisləri, klub rəhbərləri, federasiya rəhbərləri, İdman və Gənclər Nazirliyinin rəhbərliyi birlikdə çalışmalıdı. Futbolun İnkişafına dair Dövlət Proqramının hazırlaması üçün işçi qrupun yaradılması da çox önəmlidi. Təbii ki, ölkə başçısına bununla əlaqədar müəyyən lahiyələrin hazırlanıb təqdim olunmasına ehtiyac var. Bütün bunlar futbolumuzun yenidən inkişafına və komandalarımızın Avropada uğurlu çıxış etməsinə, millimizin Avropa və dünya çempionatlarının seçmə mərhələlərində, Olimpiya oyunlarında uğurlu çıxış etməsinə zəmin yaradacaq. Məncə, biz gecikirik. Növbəti - daha mükəmməl Dövlət Proqramının qəbul olunması daha tez olarsa, futbolun inkişafı ilə bağlı uğurlarımız da tez gələr".

Röya Kərimli
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
20:18

Avropa Liqası: "Sabah" "Sele"yə qalib gəlir - YENİLƏNIR

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

Facebookdan bizi izləməyi unutmayın.
X