Konfrans Liqasına hazırlaşan "Qarabağ" və "Sumqayıt" bu gün yoxlama oyununda üz-üzə gələcəklər.
Fanat.Az xəbər verir ki, "Azərsun Arena"da keçiriləcək görüş saat 18:30-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" bundan əvvəlki yoxlama oyununda "Keşlə"yə 7 cavabsız qolla qalib gəlib. "Sumqayıt" isə bu gün ilk sınaq matçına çıxır.
Yoxlama oyunu
30 iyun
18.30 Qarabağ - Sumqayıt
"Azərsun Arena".