14:20 06.07.2021 2700

Afrikalı futbolçu azərbaycanlı xanımıyla tanışlığından danışdı - MÜSAHİBƏ

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Keşlə"nin legioneri Anatole Abanq maraqlı hadisə ilə gündəmə gəlib. Kamerunlu forvard azərbaycanlı xanımla ailə həyatı qurub. Afrikalı Adelya Hacıyeva adlı xanımla nigah masasına oturub. Cütlüyün görüntülərini fotoqraf Zeynal Məmmədli paylaşıb. 
 
Maraqlıdı, bəylə gəlin necə tanış olub? Onları bir-birinə bağlayan hansı tellər var? Anatole ilə Adelya xanımın məhəbbət hekayəsi necə başlayıb? Yəqin bu sualların cavabı oxucularımız üçün maraqlıdı. Bütün bunları nəzərə alıb, dünən Anatole Abanqla əlaqə saxladıq. Hücumçu ilə ailə qurması, "Keşlə"dəki karyerası, Konfrans Liqasındakı oyunları barədə söhbətləşdik.
 
- Adelya ilə necə tanış oldun?

- "Instagram" üzərindən yazışaraq. Mən "Şerif"də oynayanda danışmağa başladıq. Moldova təmsilçisi ilə Çempionlar Liqasının təsnifat mərhələsində "Qarabağ"la qarşılaşdıq. Həmin vaxt Bakıya gələndə görüşdük. Sonra daha çox danışmağa başladıq. Beləcə münasibətimiz irəlilədi.
 
- Ailələriniz necə qarşıladı bu izdivacı?
- O qədər problem olmadı. "Keşlə"yə keçəndən sonra sevgimiz daha çox irəlilədi. Ailəmə dedim ki, mən bu xanımı sevirəm, onlar da etiraz etmədi. Beləcə evlənməyə qərar verdik.
 
- Toyunuz harda və necə oldu?

- Hələ ki toy mərasimi baş tutmayıb. Sadəcə, rəsmi nigah olub. Mərasim iyulun 14-də "Emiland"ın zalında olacaq.
 
- Ailə həyatı qurursan. Özü də başqa millətdən olan bir xanımla. Özünü necə hiss edirsən?
- Çox xoşbəxtəm. Amma üzərimə düşən məsuliyyəti dərk edirəm. Artıq daha çox çalışmalıyam. Daha subay yox, ailəli futbolçuyam. Bu səbəbdən də məsuliyyətim daha çox artır.
 
- Sənə ailə səadəti arzulayıb, bir az da futboldan danışmaq istəyirəm.
- Əlbəttə, buyur.
 
- Konfrans Liqasında "Soçi" ilə qarşılaşacaqsız. Bu çətin duelə hazırlıq necə gedir?

- Hər şey yaxşı və qaydasındadı. Komanda olaraq qarşılaşmaya köklənmişik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışırıq.
 
- "Soçi" çox güclü rəqibdi. Rusiya təmsilçisini keçə biləcəksiniz?
- Asan olmayacaq. Amma çox çalışsaq, nəticə əldə edə bilərik. Əsas komanda kimi formalaşmaqdı. Bunun üçün məşq edərək performansımızı artırmalıyıq. Əsas odu ki, rəqibdən qorxmuruq.
 
- İlk yoldaşlıq matçında "Qarabağ"a 0:7 uduzduz. Nə baş verdi?
- Açığı, mən də anlamadım. Biz toplanışa yeni başlamışdıq. Komandada çoxlu yeni futbolçu var. Yəqin ki, bu, əsas problem oldu. Rəqib də ölkənin ən güclü klubudu. Fərdi səhvlərdən istifadə edərək bizi cəzalandırdılar.
 
- Bu nəticə komandada qorxu hiss yaratmayıb? Düşünmürsən ki, bu darmadağın "Soçi" ilə oyuna təsir edər?
- Həmin oyun keçmişdə qaldı. Hər görüşə fərqli məqsəd üçün çıxırıq. Təbii ki, səhvlərimiz narahat edir. Amma həmin məqamları təhlil etmişik. Bilirik ki, eyni şeyləri təkrarlasaq, bizim üçün çətin olacaq. Həm də yoldaşlıq görüşü ilə əsas qarşılaşma fərqli olur. Bilirik ki, burda edəcəyimiz xırda səhv bütün ilimizi hədər edəcək. Bu səbəbdən daha ehtiyatlı olacağıq.
 
- Hamı deyir ki, Abanq yaxşı futbolçu olsa da, qol vura bilmir. Nədi problem?

- Bu məqam məni də üzür. Çalışacam ki, bu problemi həll edim. Mən də qol vurmağı çox istəyirəm. Lakin sonda dəqiqlik çatmır. Özümə güvənirəm. Bilirəm ki, qol vurmaq lazımdı. Artıq bu problemi həll etməyin zamanıdı.
 
- Növbəti mövsüm "Keşlə"nin bombardiri ola biləcəksən?
- Mənim hədəfim budur. Çalışacam ki, daha çox qol vurub, komandama uğur qazandırım.


Mənbə: "Futbol+"

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

Facebookdan bizi izləməyi unutmayın.
X